Qiyamət günü dənizlər necə atəş saçacaqlar?
Müəllif: admin1
Tarix: 22-06-2022, 09:18
Qiyamət günü dənizlər necə atəş saçacaqlar?
Qurani-Kərimdə buyurulur: "Dənizlərin dolacağı və qaynayacağı zaman”. ("Təkvir” 6).

Bu ayədə adı çəkilən "səcr” sözü atəşin şölələnməsi mənasını verir. Səhah və Qamusun nəzərinə görə, təndirin qızarması və çayların su ilə dolmasını mənasını verir.

Zəməxşərinin nəzərinə görə, onu atəş və odunla doldurmaq mənasındadır. Ona görə də dənizlərin atəşlə şölələnməsi daha doğru mənanı verəcəkdir.

Bu gün sunami görən zaman dənizlərin necə şölələnməsini dərk edə bilirik. Burada söhbət atəşdən getmir, bəlkə suyun özünün necə atəş kimi şölələnməsinin şahidi oluruq. İnsan Quranın Qiyamət barəsində söylədiklərini bu zaman gözünün önündə canlandıra bilir.

"Ey insanlar, öz Rəbbinizdən qorxun! Həqiqətən Qiyamətin (Surun birinci dəfə çalınmasından qabaq baş verəcək) zəlzələsi çox böyük bir şeydir”. ("Həcc” 1).

"Dağlar didilmiş rəngarəng yun kimi havada parça-parça olacaqdır”. ("Qariə” 5).

Dənizin atəş saçması indiki elmin səviyyəsi ilə heç də təəccüblü deyildir. Belə ki, su iki maddə olan hidrogen və oksigendən təşkil olmuşdur. Qiyamət günü ola bilsin ki, dənizlər o qədər təzyiq altında olsunlar ki, tərkibə bölünsün və atəşə çevrilsin.

Allah Təala hər bir şeyə qadirdir. Qiyamət günü hər bir şey dəyişəcəkdir. Ona görə də dənizlərin atəş saçması da təəccüblü bir şey deyildir.

"Bu yerin başqa bir yerə çevriləcəyi (dağların məhv olacağı, dəryaların buxarlanacağı və yer üzünün tamamilə düz olacağı) və həmçinin göylərin (dəyişəcəyi) və hamının (bütün ölülərin hesab və cəza üçün) hər şeyə qalib tək Allahın hüzurunda zahir olacağı gündə!”. ("İbrahim” 48).



/Deyerler.org/

Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930