Möminlər üçün nəzərdə tutulmuş gizli mükafatlar
Mьəllif: admin1
Tarix: 10-03-2022, 22:00
Möminlər üçün nəzərdə tutulmuş gizli mükafatlar
Allah möminlərə həm dünyada və həm də axirətdə çox sayda mükafatlar vəd etmişdir. Lakin Quranın bu ayəsində oxuyuruq: "Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!”. ("Səcdə” 17).

Gözlərə işıq gətirən nemətlər deyildikdə, əlbəttə ki, əzəmətli nemətlər nəzərdə tutulur. Bu nemətlər Allahın həqiqi mömin bəndələri üçün nəzərdə tutulmuşdur və gözlərə işıq verəcək nemətlərdir.

Gözlərə işıq vermək bir metaforadır ki, gözlərdən axacaq şövq damcılarına işarə edir. Yəni, möminlər bu nemətləri görən zaman o qədər sevinəcəklər ki, gözləri qəhərlənəcəkdir.

Həzrət Peyğəmbər (s) buyurur: "Allah buyurmuşdur: "Mən saleh bəndələrim üçün elə nemətlər hazır etmişəm ki, heç bir göz görməmiş, heç bur qulaq eşitməmiş, heç bir kəsin fikrinə düşməmişdir””.

Bəs nə üçün bu mükafatlar gizli saxlanılır?

Bu suala Mərhum Təbərsi üç cavab vermişdir:

1. Mühüm və dəyərli məsələlər elədir ki, sözlə onun həqiqətini dərk etmək olmur. Ona görə də bəzən gizl i qalması daha çox sevinc yaradır.

2. O şey ki, gözlərin aydın olmasına səbəb olar – o qədər çoxdur ki, insanın elmi onu dərk etməyə yetmir.

3. Bu mükafat gizli qılınan gecə namazı üçün nəzərdə tutulmuşdur. Ona görə də özü gizli qılındığı üçün mükafatı da gizlidir.

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Elə bir yaxşı əməl yoxdur, məgər o halda ki, aydın savabı Quranda bəyan edilsin. Gecə namazından başqa ki, Böyük Allah onun savabını əhəmiyyətinə görə aydın etməmişdir. Ona görə buyurmuşdur: "Heç kəs bilmir ki, hansı savablar gözlərin aydın olmasının mənbəyidir, onlar üçün gizlidir””.

Beləliklə deyə bilərik ki, Allahın möminlər üçün nəzərdə tutduğu əzəmətli nemətləri vardır ki, nə kiminsə gözü onu görmüş və nə də qulağı eşitmişdir. Bu nemət ancaq Allahın saleh bəndələri üçün nəzərdə tutulmuşdur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031