Allah əmr etmişdi ki, Günəş Həzrət Əliyə (ə) cavab versin
Əbuzər nəql edir: “Bir gün Peyğəmbər (s) Əliyə (ə) buyurdu: “Nə zaman sabah günəş çıxacaq, Bəqi səhrasına get və yüksək bir yerdə dayan.
O zaman ki, günəş çıxacaq, ona salam ver. Həqiqətən, Allah Təala ona əmr etmişdir ki, sənə cavab versin”. O zaman ki, sabah səhər oldu, Əmirəl-möminin (ə) yanında ənsar və mühacirlərdən olan bir dəstə səhabə ilə birlikdə Bəqiyə gəlib çatdı. Yüksək bir minbərin üstündə dayandı. O zaman ki, günəş çıxdı, buyurdu: “Salam olsun sənə, ey Allahın yeni xəlq etdiyi və mütisi!”. Səmadan səs eşidildi: “Salam olsun sənə, ey əvvəl, ey axır, ey zahir, ey batin, ey o kəs ki, hamıdan daha çox bilənsən!”. Bu zaman olanların hamısı günəşin sözlərini eşidib, bihuş oldular. Bir müddət sonra özlərinə gəldilər. Əmirəl-möminin (ə) artıq həmin yerdən geri qayıtmışdı. Onlar Peyğəmbərin (s) yanına gəldilər və dedilər: “Ey Rəsul! Biz Əli (ə) haqqında deyirik ki, bizim kimi insandır. Ancaq günəş ona elə xitab etdi ki, Allah özünə o cür xitab edir”. Həzrət Peyğəmbər (s) buyurur: “Ondan nə eşitdiniz?”. Dedilər: “Eşitdik ki, günəş deyir: “Salam olsun sənə, ey əvvəl!””. Buyurur: “Düz deyib. O, ilk kəsdir ki, mənə iman gətirmişdir”. Dedilər: “Günəş deyir ki, ey axır”. Buyurur: “Düz deyibdir. O, son insan olacaqdır ki, mənim əmrimi öhdəsinə götürəcəkdir. Mənə qüsl verəcək, kəfənləyəcək və qəbrimə qoyacaqdır”. Dedilər: “Günəş dedi: “Ey zahir!””. Buyurur: “Düz deyib. O, həmin o kəsdir ki, elmimi zahir edəcəkdir”. Dedilər: “Günəş dedi: “Ey batin!””. Buyurur: “Düz deyib. Mənim bütün sirrimi gizlədir”. Dedilər: “Eşitdik ki, deyir: “Sən hər şeyi bilənsən””. Buyurur: “Düz deyib. O, halal və haramı, sünnət və vacibatı və ona bənzər olan şeyləri daha çox biləndir”. Ayağa qalxıb dedilər: “Muhəmməd (s) bizi qaranlığa atdı” və məsciddən xaric oldular”. /Deyerler.org/ Oxşar xəbərlər
|
|