Bu surəni oxuyan atəşdən amanda qalar
Mьəllif: admin1
Tarix: 15-06-2020, 22:44
Bu surəni oxuyan atəşdən amanda qalar
"Casiyə” surəsi Quranın 45-ci surəsidir ki, 37 ayəsi vardır. Həzrət Peyğəmbər (s) bu surənin fəziləti haqqında buyurmuşdur: "Hər kim "Casiyə” surəsini qiraət edərsə, Allah onun eyblərini gizlədər. Hesab verən zaman qorxusunu və nigarançılığını aram edər”.

İmam Sadiq (ə) buyurur: "Hər kəs "Casiyə” surəsini qiraət edərsə, mükafatı budur ki, heç bir zaman atəş ona çatmaz. Cəhənnəm atəşinin səsini eşitməz və Həzrət Peyğəmbərlə (s) bir yerdə olar”.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəs "Casiyə” surəsini yazar və boynuna asarsa, hər bir zalım hakimin hücümündan amanda olar. İnsanların arasında heybətli, abırlı və sevimli olar. Bu, Allah tərəfindən olan inayətdir”.

İmam Sadiq (ə) buyurur: "Əgər "Casiyə” surəsini yazsanız və yanınızda gəzdirsəniz, hər bir sözgəzdirənin şərindən amanda olarsınız. Onun qeybətini etməzlər və əgər körpə dünyaya gələn zaman boynuna asarlarsa, davamlı olaraq Allah tərəfindən hizf olunar”.

Başqa bir hədisdə oxuyuruq: "Əgər "Casiyə” surəsini yazar və özünüzlə gəzdirərsinizsə yuxuda və ayıq vaxtı hər bir qorxulu amildən amanda olarsınız. Əgər yatan zaman bu surəni başınızın altına qoyarsınızsa cinin şərrindən amanda olarsınız”.
Oxşar xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30