Aşura günü İmamın (ə) günorta namazına durmasının səbəbi nə idi?
Mьəllif: admin1
Tarix: 10-08-2022, 09:45
Aşura günü İmamın (ə) günorta namazına durmasının səbəbi nə idi?

Namaz dinin sütunu, Allahla bəndə arasında ən möhkəm bağlılıq vasitəsidir. Mömin öz namazı ilə tanınır. Namaz qılan şəxs namaz vasitəsi ilə Allaha doğru ucalır. (“Mizanul-hikmə”, c. 5, h. 10243, 10238.)

Namaz Allahla ünsiyyət yolu, Peyğəmbərin (s) ilk və son sifarişidir. O, namazı gözünün nuru adlandırır. Ən zəif namaz belə, insanla günah arasında səddir. Allah-taala buyurur: “Namaz insanı çirkin və pis işlərdən uzaqlaşdırır.” (“Ənkəbut”, 45.)

İmam Sadiqin (ə) yaxınlarından olan Müaviyə ibn Vəhəb imamdan Allaha ən əziz əməl haqqında soruşduqda həzrət buyurur: “Allahı tanıdıqdan sonra namazdan fəzilətli əməl bilmirəm.” (“Mizanül-hikmə”, c. 5, h. 10245.)

Əgər imam Hüseynin inqilabının məqsədi dinin canlanması idisə və dinin də sütunu namazdırsa, nə üçün Kərbəla səhnəsində namaz qılınmamalıdır?! Həzrət Hüseyn (ə) və yaxınları düşmən oxları altında günorta namazına dururlar.

Onlardan bir hissəsi namaz əsnasında qanına qəltan olub, şəhadət şərbətini içir. Hələ Aşura axşamı imam və tərəfdarlarının ibadəti, münacatı, Quran tilavəti bəndəliyin ən gözəl nümayişi idi.

Siffeyn döyüşünün qaynar çağında həzrət Əlinin (ə) göyə baxdığını görən ibn Əbbas bunun səbəbini soruşur.

İmam buyurur: “Namaz vaxtını gözləyirəm.” İbn Əbbas “belə bir vaxtda döyüşü dayandırıb namaz qıla bilmərik” deyir. Həzrət Əli (ə) buyurur: “Biz onlarla namaza görə döyüşürük.”

Bəli, imam Hüseynin (ə) qanlı Aşura səhnəsində namaza durması namaza etinasız müsəlmanlara ən ciddi xəbərdarlıqdır!


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031