İmam Səccad (ə) niyə yüzlərlə qul alırdı?
Müəllif: admin1
Tarix: 21-08-2021, 11:04
İmam Səccad (ə) niyə yüzlərlə qul alırdı?
Sual oluna bilər ki, bəs niyə İmam Səccadın yüzlərlə qulu var idi? Niyə İmam qul alardı?

Quran nazil olan zaman Ərəbistan Yarımadası da daxil olmaqla dünyanın bütün bölgələrini quldarlıq bürümüşdü. İslam bütün sistemlərdən öncə quldarlığa qarşı mübarizəyə başlayıb və bu mübarizə müxtəlif siyasi, ictimai, mədəni və sair əlverişli yollarla aparılıb.

19-cu əsrdə və 20 ci əsrin əvvəllərində ABŞ-da quldarlığın və irqlər arasında ayrı-seçkiliyin hökm sürdüyü halda islam orta əsrlərdən öncə bununla mübarizə aparmağa başlamışdı.

Quran ayələrinə əsasən günah edən və ibadətlərini vaxtında yerinə yetirməyən şəxslərə mənəvi cərimə kəsilir ki, onlardan biri də bir qulu azad etməkdir. Maidə surəsinin 89-cu ayəsinə diqqət edək:

“Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır.

Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir.

(Kəffarə vermək üçün bir şey) tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra poz-duğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz”

Bu necə əqidədir ki, Allahın əmr etdiyi şəriət vacibini qul azad etməklə yerinə yetirmiş olursan?!

İslam tədrici şəkildə quldarlığı aradan apara bildi. Qulu azad etmək savab qazanır. İslam bu yolla Ərəbistan Yarımadasında quldarlığın sonuna çıxa bildi.

Sual oluna bilər ki, bəs niyə İmam Səccadın yüzlərlə qulu var idi? Niyə İmam qul alardı?

İmam Səccad Aşura vaqiəsində Əhli-beytin(ə) necədə tək qaldığını bilirdi. Əhli-beyt(ə) məzlum qalmışdı. Köməkçi və yardımçı yox idi. İmam Səccad qulları alandan sonra onları digərləri kimi işlətməzdi. İmam onlara əsasən təlim-tərbiyə verərdi.

Tarix kitablarında qeyd edilir ki, bir müddət Mədinə şəhərində İmam Səccadın alıb, tərbiyə etdiyi və sonra azad etdiyi qulların sayı o qədər artmışdı ki, onlardan bir ordu belə yaratmaq olardı.

Artıq Mədinə şəhəri imamsevərlərlə dolu idi. Onların mühüm bir qismini azad edilmiş və Əhli-beyt(ə) tərbiyəsi almış qullar təşkil edirdi. Onlar artıq böyük bir nəsil təşkil edirdilər.

Rəvayətlərə görə bəzi qullar İmam tərəfindən azad edilmə xəbərini eşidəndə narahat olardılar. Çünki İmamın məqsədi qulları yalnız bir il saxlamaq idi.

İmam nadir hallarda qulları bir ildən artıq saxlayardı. İmam qullara elə təlim-tərbiyə etmiş və onlarla elə təftar edirdi ki, bu yiyəsizlər həmişə onunla qalmaq arzusunda idilər.
Oxşar xəbərlər
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930