İmamların (ə) üzükləri üzərində yazılan zikrlər
![]() Peyğəmbər (s) və imamların üzüksüz qalmazdılar. Onların üzükləri adətən gümüşdən olardı və əqiq və sair qaşlarla bəzədilərdi. Hədislərə əsasən Peyğəmbərin və İmamların üzüklərinin üzərindəki zikrlər belə olub: Peyğəmbər (s): O həzrətin üzüyünün üzərində şəhadəteyn kəlməsi var idi. İmam Əli (ə) : "Allahul-Məliku və Əliyyun əbduhu” (Şah Allahdır, Əli onun qulu) İmam Həsən (ə): "əl-İzzətu lillah” (İzzət Allaha məxsusdur) İmam Hüseyn (ə): "Həsbiyəllah” (Mənə Allah kifayət edər) İmam Səccad (ə): "İnnəllahə baliğu əmrihi” (Allah Öz işini qələbə ilə başa çatdırandır) İmam Baqir (ə): "Rəbbi la təzərni vəhidən” (İlahi məni tək qoyma) İmam Sadiq (ə) : "Allahummə əntə siqəti fə-qini şərrə xəlqikə” (İlahi sən mənim etibar yerimsən, məni məxluqatının şərrindən qoru) İmam Musa Kazim (ə): "əl-Mulku lillahi vəhdəh” (Mülk yalnız Allaha məxsusdur) İmam Rza (ə) : "Maşaəllah la qüvvətə illa billah” (Yalnız Allah istəyən olacaq, Allah olmadan güc olmaz) İmam Cavad (ə): "Həsbiyəllahu hafizi” (Məni qoruyan Allah mənə kifayət edər) İmam Hadi (ə): "Hifzul-uhud min əxlaqil-məbud” (Əhdə vəfa etmək ilahinin əxlaqıdır) İmam Həsən Əsgəri (ə): "Subhanə mən ləhu məqalidus-səmavati vəl-Ərd” (Münəzzəhdi o Allah ki yerin göyün açarları onun əlindədir) İmam Zaman (ə.f): "Ənə hüccətullah” (Mənəm Allahın höccəti) Qeyd edək ki bəzi hədis mənbələrində bu zikrlərdən əlavə üzüklər üzərində yazılan digər ziklərdən də söhbət gedir. Lakin yuxarıda deyilənlər məşhur nəzərlərə əsasəndir. Oxşar xəbərlər
|
|