Haqqı olmayan şeyi istəyənin aqibəti
Mьəllif: admin1
Tarix: 7-06-2022, 11:15
Haqqı olmayan şeyi istəyənin aqibəti
İnsan bəzən məqam və ya malda elə şeyləri istəyir ki, onun haqqı deyildir. Lakin onu əldə etmək üçün çoxlu səylər edər. Bu zaman başqalarının haqqını tapdalamış olur.

Bu elə bir çirkin əməldir ki, Quran və hədislərimiz onu şiddətli məzəmmət edir. Onu haram əməl adlandırır. Bəzən də Allaha, Rəsuluna (s) və insanlara xəyanət kimi qiymətləndirir.

Əgər insan həyatının ilk anlardan tamah hissini boğarsa, bu ağır günaha düçar olmayacaqdır.

İmam Sadiq (ə) buyurur: “O kəs ki, rəhbərlik tələbində olar (halbuki haqqı deyildir), həlak olar”.

“O kəs Allahın rəhmətindən uzaqdır ki, nahaq yerə rəhbərlik iddiasında olar. Məlundur o kəs ki, ona görə səy edər və İlahi rəhmətdən uzaqdır o kəs ki, rəhbərlik haqqında danışar”.

İnsan başqasının haqqını istədiyi üçün onun haqqını tapdalamış olar və buna görə də İlahi rəhmətdən uzaqlaşdırılar.

İmam Sadiq (ə) arif bir insanın dili ilə deyər: “İffətli insana töhmət vurmaq - möhkəm dağlardan da ağırdır”.

“(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)”. (“İsra” 36).

İmam Sadiq (ə) buyurur: “Sizi iki sifətdən uzaq edirəm ki, bu iki sifətlə insan məhv olar. Biri odur ki, Allaha yanlış yerə pərəstiş edəsən. Biri isə odur ki, nadanlığa görə insanlara fətva və ya hansısa hökmü versin”.

Zərarə deyir: “İmam Baqirdən (ə) soruşdum: “Allahın bəndələri üzərində haqqı nədir?”

Buyurdu: “Bildiyinizi deyin və bilmədinizdə dayanın””.

Hiylə və məkr - şeytan əməlidir. Allahın nifrətinə səbəb olar. İmam Rza (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Məkr və hiylə - atəşdəndir.

Bizdən deyildir o kəs ki, müsəlmanı aldadar, bizdən deyildir o kəs ki, müsəlmana xəyanət edər”.

Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: “Hər kim alış-verişdə müsəlmana fırıldaq gələrsə, bizdən deyildir. Qiyamət günü yəhudi ilə məhşur olar.

Çünki yəhudilər müsəlmanlara qarşı ən xain insanlardır.” “Hər kim gecəni müsəlmana fırıldaq gəlmək niyyəti ilə keçirərsə, gecəni Haqqın qəzəbi ilə keçirmiş olar”.

İmam Əli (ə) buyurur: “Mömin mömin qardaşına fırıldaq gəlməz, ona xəyanət etməz, ona töhmət vurmaz”.


(Deyerler.org)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031