Əmirəl-mömininin (ə) Meysəmlə görüşü
Mьəllif: admin1
Tarix: 3-08-2021, 09:58
Əmirəl-mömininin (ə) Meysəmlə görüşü
Meysəm xurma satan bir qul idi və bir qadın onu ev işlərində kömək etmək üçün özünə nökər alır.

Bir gün həmin qadın küçədə Meysəmlə bir yerdə yol gedirdi. İmam Əli (ə) də qarşıdan gəlirdi. İmam (ə) üzünü nökərə tutub, adını soruşdu. Nökər dedi: Adım Salimdir.

İmam buyurdu ki, onun əsl adı Salim deyildir, ata və anasının qoyduğu ad – Meysəmdir. İmam Əli (ə) onun əcəm olduğunu da bildirdi.

Və bildirdi ki, ehtiyatlı olsun, böyük və gözəl mədəniyyətdən geri qalmasın. Ehtiyatlı olsun ki, xristianlıq və yəhudilik onun mədəniyyəti və ülgüsü olmasın.

Meysəmlə İmam Əlinin (ə) bu cür səmimi rəftarını görən qadın deyir: “Ağa, mən bu nökəri istəmirəm. Onu sizə bağışladım”.

İmam (ə) buyurur: “Sən Allah yolunda azadsan”. Meysəm deyir: “Mən bu qadının nökərliyindən azad olmuşam, ancaq Əlican, istəyirəm ki, sənin nökərin olam”.

O gündən sonra Meysəm İmam Əlinin (ə) tərbiyəsini alır və onun ən yaxın tərəfdaşlarından olur.

Bir gün Məkkəyə Əba Abdullahı (ə) ziyarət etmək üçün gəlir. Həmin il İmam (ə) Kərbəlaya yola düşəcəkdi. Meysəm qapını döyür və qapını Peyğəmbərin (s) həyat yoldaşı Ummi Sələmə açır.

Meysəm deyir: “İmam Hüseyni (ə) görmək istəyirəm”.

Ummi Sələmə deyir: “Şəhərdən kənara getmişdir”.

Meysəm deyir: “Qayıdan zaman mənim salamımı ona çatdırın. Kufəyə gedirəm və dar ağacı məni gözləyir. Əlinin (ə) eşqinə görə məni dar ağacına asacaqlar. Mən gözləyə bilmərəm”.

Ummi Sələmə deyir: “Sən kimsən?”

Meysəm deyir: “Meysəm”.

Ummi Sələmə deyir: “Bir çox gecələri görürdüm ki, Peyğəmbər (s) ağlayaraq, sənin üçün dua edərdi”.


(Deyerler.org)
Oxşar xəbərlər
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728