Haqq sonu mütləq qələbə, batilin sonu mütləq məhvdir
Mьəllif: admin1
Tarix: 19-04-2020, 21:46
Haqq sonu mütləq qələbə, batilin sonu mütləq məhvdir

İmam Zaman ağa (ə.f) buyurur: “Allahın qəti iradəsi belədir ki, gec və ya tez haqqın sonu – qələbə, batilin sonu – məhv olmaqdır”.

Hədisin şərhi.

Bu hədis İmam Zaman ağanın (ə.f) Əhməd ibn İshaqa yazdığı məktubun bir parçasıdır.

İmam (ə.f) bu məktubda əmisi Cəfərin iddiasını rədd etdikdən sonra atası İmam Həsən Əsgəridən (ə) sonra özünü İmam (ə.f) elan etmişdi.

Buyurmuşdu ki, İlahi iradə belədir ki, həmişə haqqa və həqiqətə yardım edər. Baxmayaraq ki, tarix boyu onun üçün mübarizə olunsa belə, öz uca məqamına çatdırılar.

Başqa bir tərəfdən isə İlahi sünnət belədir ki, batil müəyyən zaman hakim olsa belə, məhv olacaqdır. Adından savayı başqa heç bir şeyi qalmayacaqdır. Fironun dastanı buna aydın misaldır.

Ona görə də biz gərək həmişə haqq və həqiqətə üz çevirək. Bu yolda olan çətinliklərdən qorxmayaq.

Heç bir zaman ürəyimizi batilə doğru yönəltməyək. Çünki haqqın nuru axır-əvvəl batili məhv edəcəkdir.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031