Tbilisi şəhəri Cırdaxan məhəllə Hüseyniyyəsi
Müəllif: Admin
Tarix: 25-02-2019, 13:34
Tbilisi şəhəri Cırdaxan məhəllə Hüseyniyyəsi

2001-ci ildə məhəllə camaatının və İran İslam Respublikasının bəzi xeyriyyə təşkilatlarının xüsusən cənab ağayi Müdəbbirin təşkilatşılığıyla hazırkı Tbilisi Ali-Əba Hüseyniyyəsinin binası alındı.

Alınan evin daxili tərtibatını Hüseyniyyənin tələbatlarına uyğunlaşdırmaq üçün burada əsaslı təmir işlərinə başlandı, həyətdə dəstəmaz yeri tikildi.

Hazırda burada ayrıca namazxana da istifadıyı verilibdi, hər gün onlarla mömin camaat namazlarında iştirak edirlər. Hüseyniyyənin bir neçə otaqdan ibarət qonaq evi də mehmanların xidmətindədir.

Bu məhəllədə hələ sovetlərin qanlı-qadalı illərində Kərbəla şəhidlərinə təziyə məclisləri tutulur, ehsanlar verilirdi. Bu mərasimlərdə xüsusilə molla Əli, Mahmud Bayramov, Məhəmmədəli Əsəd oğlu, Şərifov Cəlal, İsmayılov Məhəmmədəli, Əsəd Qəhrəman oğlu, Qurban Balabəy oğlunun böyük zəhmətləri olmuşdur.

Bu tədbirlər sovetlər parçalandıqdan sonra da davam etmiş, mərasimlərin keçirilməsində Kərbəlayı Novruzəli Museyib oğlu (o, Hüseyniyyənin işlərinə rəhbərlik edir), Kərbəlayı Xəlil Kazım oğlu, Ayvazov Əli, Məşədi Səttar, Həsənov Bədir, Kərbəlayı Adil və başqalarının əvəzsiz xidmətləri olmuşdur.

Mühərrəm ayında çox əzəmətli və mənəvi əza məclisləri keçirilir, mərsiyyələr oxunur, sinə vurulur. Hüseyniyyənin tikintisində yuxarıda adı çəkilən şəxslərlə yanaşı Nəsrəddin Mənsur oğlu, Firudin Əsəd oğlu, Məşədi Firdovsi Əsədov, Şərifov Məşədi Sahib, Novruzov Qulunun çox əməyi keçmişdir.

Vaxtilə burada ağayi Müdəbbirin moizələri və dərsləri keçirilmiş, müxtəlif dini mərasimlər təşkil olunmuşdur. Bu ənənələr hazırda da davam edir, Məşədi Qurban uşaqlara Quran öyrədir, dini dərslər keçir.

Hüseyniyyədə bütün dini bayram və müqəddəslərimizin şəhadət mərasimləri keçirilir. Ramazan ayında, Fitr və Qurban bayramlarında böyük toplantılar olur, qurbanlar kəsilir.

(Gürcüstanda islam abidələri)

Hazırladı: Ramin Əli

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031