Bu gün qanvermə aksiyası keçirildi
Mьəllif: admin1
Tarix: 12-02-2015, 16:02
Bu gün qanvermə aksiyası keçirildi


Bu gün Gürcüstanın Marneuli şəhərində Əhli-Beyt (ə) Cəmiyyəti və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqləri Forumunun birgə təşkilatçılığı ilə Böyük İslam Peyğəmbərinə (s) ithafən qanvermə aksiyası keçirilib. Xeyriyyə məqsədli "Qan verək, həyat bəxş edək" devizi ilə təşkil olunan aksiyada könüllü olaraq 50-dən çox şəxs qan veribdir. Toplanan qanların ümumi həcmi təxminən 25 litr olubdur.

Aksiaya barədə müxbirimizə məlumat verən, Əhli-Beyt (ə) Cəmiyyətinin sədri Hacı Rasim Məmmədov bildirib ki, "bu cür xeyriyyə aksiyaları təşkil etməkdə məqsəd İslam dini və müsəlman ümmətinin xeyirxah və insansevər olduğunu isbat etməkdir. Bizim şüarımız budur: Dinindən və milliyyətindən asılı olmayaraq qanımız hər kəsə hədiyyə olsun".

Qeyd edək ki, Allah rizası üçün toplanan qanlar, təmannasız olaraq müxtəlif ehtiyac sahibi xəstələrə sərf olunacaq.

Bu gün qanvermə aksiyası keçirildi
Bu gün qanvermə aksiyası keçirildi
Bu gün qanvermə aksiyası keçirildi
Bu gün qanvermə aksiyası keçirildi
Bu gün qanvermə aksiyası keçirildi
Bu gün qanvermə aksiyası keçirildi



Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930