Gürcüstan Əhli-beyt (ə) cəmiyyətindən prezdentə cavab
Mьəllif: admin1
Tarix: 22-08-2020, 10:11
Gürcüstan Əhli-beyt (ə) cəmiyyətindən prezdentə cavab

Bəyanatı

Gürcüstan prezidenti Salome Zurabişvili ölkə müsəlmanlarını hicri-qəməri təqvimlə yeni 1442-ci ilin başlanması münasibəti ilə təbrik edib.

Prezidentin təbrikində deyilir: “Müsəlman vətəndaşlarımızı hicri (Ay) təqvimi ilə yeni ilin başlanması münasibəti ilə təbrik edirəm. Sizə sülh, sağlamlıq, bərəkət dolu yeni il qeyd eləməyi arzulayıram”!

İlk baxışda hər hansı yeni ilin bütövlükdə insanlıq üçün, mövzuya uyğun isə müsəlmanlar üçün xeyirli olmasını diləmək günah olmaya bilər. Amma...

Məlumdur ki, məhərrəm ayı tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilmişdir.

Lakin hicri tarixlə 61-ci ildən etibarən bu ayın 10-cu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və Hüzn günü kimi daxil olub.

Belə ki, Aşura hadisəsində Həzrət Peyğəmbərimizin (s) səhabələri, əziz nəvəsi İmam Hüseyn (ə), digər Əhli-beyt (ə) tərəfdarları şəhid edilmiş, ailələri əsir götürülmüşlər.

Bölgəmizdə də məhərrəmlik mərasimləri, əzadarlıq məclisləri uzun əsrlərdir ki, İmam Hüseynin (ə) və onun tərəfdarlarının şəninə uyğun və o həzrətin (ə) yüksək amallarına yaraşan tərzdə qeyd edilməkdədir.

Həmçinin dövlətin çap etdiyi dini təqvimdə də qeyd olunub ki, məhərrəm ayı matəm ayıdır və Marneuli şəhərin mərkəzi reklam yerlərində də matəm bannerləri asılıb.

...Biz dini ayinləri dini bayramlardan fərqləndirə bilməməyi əsla qəbul edə bilmərik.

Gürcüstan “Əhli-beyt (ə)” dini, mədəni-maarif cəmiyyəti

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930