İmam Hüseynin (ə) həqiqi əzadarları
Mьəllif: admin1
Tarix: 3-08-2022, 10:45
İmam Hüseynin (ə) həqiqi əzadarları
Biz əza məclislərini qurmağı əziz Peyğəmbərmizdən (s) və onun Əhli-beytindən (ə) öyrənmişik.

Əzadar gərək İmam Hüseynin (ə) hədəflərini izləsin, onun qiyamının fəlsəfəsini anlasın. Həqiqi əzadar həm də Kərbəlanın rəmzlərini yaşatmalıdır.

Təbbi ki, bu cür məclislərdə insanın qəlbi riqqətə gəlir, qəmlənir. İnsan burada kövrəlir, qəlbi yumşalır, daxili saflaşma yolunu tutur, daim Allahı xatırlayır, böyüklüyü, aliliyi dərk edir.

Həqiqi əzadarlar belə məclislərin mənasını tam surətdə anlayanlardır. Hər bir insan İmam Hüseyn (ə) əzadarlığına gəlməklə həm də islah olmaq niyyəti ilə gəlirlər.

Buradan çıxanda da öz əhdlərinə sadiq qalırlar. Həqiqi əzadarın özü islah olunandan sonra yaxınlarını və ətrafındakları da islah etməyə çalışır.

Hədislərdə əzadarlar üçün çoxlu savablar və fəzilətlər də qeyd olunub. Həmin hədislərin təqribən 60-ını oxumuşam. Onların da içindən hər İmamla (ə) bağlı olan 12-ni seçmişəm.

İmam Hüseynin (ə) həqiqi əzadarları harada əza məclislərində olurlarsa-olsunlar, sanki Kərbəlada İmamın (ə) hərəmində olurmuş kimidirlər.

Ayətullah Behcət (r.ə) gözəl buyururdu ki, sizdən soruşanda: hara gedirsiniz? Cavab verin ki, Kərbəlaya gedirəm. Yəni belə məclislərin dəyəri, fəzilətləri o qədər böyükdür!

Əlbəttə, Kərbəlaya getməyin, Kərbəlada olmağın bir çox özəl mənaları var. Adam var ki, Kərbəlada dəfələrlə olub, amma ruhən Kərbəlayi deyil, adam da var ki, Kərbəlada olmayıb, amma əzadarlığı sayəsində Kərbəlada dəfələrlə olmuş kimidir. Çünki onun təfəkkürü Kərbəla təfəkkürüdür!

İmam Hüseynin (ə) adına qurulmuş məclislər o qədər mühümdür ki, sanki Ərafat çölüdür.

Məlumdur ki, Ərafatda Allaha əl açıb dua edəni Allah heç zaman ümidsiz qaytarmadığı kimi, İmam Hüseyn (ə) məclislərindən də ümüdsiz qayıdılmır.

İmam Hüseyn (ə) bu qəbil məclis iştirakcıları barəsində buyururdu ki, "onlar bizdəndirlər və bizə tərəf dönəcəklər”.

Bu məclislərdə həqiqi əzadarlıq etmək həm də əqidə məsələsidir.

Bu həm də vilayəti dərk etməkdir. Vilayətsizlərin aqibəti bu gün göz qabağındadır: Suryiada, Yəməndə, İraqda və s...

İmam Əli (ə) buyururdu ki, "qiyamətdə özüm öz əlimlə əzadarlara su içirərədim”. O həqiqi əzadarlara o qədər böyük hörmət bəsləyiridi.

Burasını da demək vacibdir ki, behiştə daxil olanlar orada behiştdən daha artıq İmam Hüseynə (ə) heyran olacaqlar.

İmamın özü Allahdan dönə-dönə təvəqqe edirdi ki, məni behiştə əzadarlarımla qonşu eylə.

İmamcümə hacı Rasim Məmmədov


Ahlibeyt.ge


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930