Ruhumuzu qüvvətləndirək!
Mьəllif: admin1
Tarix: 25-03-2023, 21:51
Ruhumuzu qüvvətləndirək!
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

"Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı (ki), bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz” ("Bəqərə”, 183).

Ramazan ayıdır. Ziyafətullah ayı. Qədr gecələrinin ayı.

Bu ayın ən əsas məhsulu təqvadır. (لَعَلَّكُمْ تَتَّقُونَ)

Bu ayın Allah dərgahında xüsusi ehtiramı var. O qədər hörmətli aydır ki;

Məsum (ə) buyurur: "La təqulu caaə ramazan və zəhəbə ramazan, ramazan ismun min əsmillah.”

"Heç vaxd deməyin "ramazan gəldi”, "ramazan getdi”. Ramazan Allahın adlarından biridir.”

Başqa bir hədisdə İmam Əli (ə) buyurur: "Ramazan deməyin çünki bilmirsiz ramazan nədir? Hər kəs ramazan desə, gərək sədəqə versin. Mütəal Allah buyurduğu kimi deyin. "Ramazan ayi”” (Ayətullah Məliki Təbrizi, əl-Muraqibət səh-193).

Deməyin "ramazan gəldi”, deyin "mübarək ramazan ayı gəldi.” Hətta bu ayın adını belə ehtiramla çəkmək lazımdır.

Bu mübarək ay o qədər ağır çəkili bir aydır ki, böyüklərimiz bu ayın fəzilət və dəyərini anlamaq üçün Allahdan yardım diləyiblər.

Mübarək ramazan ayı gəlməmişdən qabaq İmam Səccad (ə) belə dua edərdi: "Allahummə əlihmna mərifətə fəzlih”. "Allahım bizə bu ayın fəzilətini dərk etmək mərifəti əta elə.”

Tarixdə var ki, bu ay yaxınlaşanda, gəlib çatanda Peyğəmbərin (s) rəngi dəyişirdi və o həzrət (s) qəribə bir hala düşürdü.

Bu ay daxil olana Peyğəmbər(s) üzünü səhabələrə tutub buyurdu: "Subhənəllah maza təstəqbilun” "Subhanəllah! Qarşıdan gələn nədir?”

Səhabələr soruşurlar: Ya Rəsulallah: "Vəhyun nəzəl, əuv əduvvun həzər” "Ya Rəsulallah (s): "Vəhymi nazil oldu? yoxsa qarşıda düşmən təhlükəsimi var”.

O Həzrət (s) buyurdu: "Xeyr, nə vəhy nazil olmayır, nə də düşmən qorxusu yoxdur. Qarşıdan mübarək ramazan ayı gəlir.” Elə bir ay gəlir "yuğfəru li kulli əhli hazuhil qiblə.” "Bu qiblə əhlinin hamısı bağışlanacaq”

Sonra o Həzrət (s) minbərə qalxmağa başladı. Ayaqını birinci pilləyə qoyarkən buyurdu: "Amin!” İkinci pillədə də: "Amin!” buyurdu. Üçüncü pillədə də "amin!” dedi.

Soruşdular: "Ya Pəsuləllah, niyə "amin” dediniz?” Buyurdu: "Cəbrayil nazil olaraq dedi: Bütün insanlar bağışlanacaq, üç dəstədən başqa”.

Bağışlanmayacaq 3 dəstə insan:

1. Valdeyninin üzünə ağ olanlar.

2. Peyğəmbər (s) adını eşidəndə salavat göndərməyənlər.

3. Bu aydan bəhrələnməyənlər...

Peyğəmbər (s) "Şəbaniyyə” xütbəsində bir neçə əməlin çox böyük savabı olduğunu buyurur, o cümlədən:

1. Yetimlərlə çox mehriban davranmağı tapşırır. (Qeyb dövründə müsəlmanlar Peyğəmbər (s) və Ali Məhəmmədin yetimləri sayılırlar...)

2. Qocalara ehtiram, uşaqlara rəhm etmək.

3. Qohum-əqrəbanın ziyarəti.

4. Quran oxumaq.

5. İftar vermək.

6. Tövbə edib nəfsləri təmizləmək.

7. İbadət və dualar etmək.

8. Zamanın ən dəyərli zaman olması.

9. İmam Əlinin (ə) Peyğəmbərin (s) canişini olması.

Peyğəmbər (s) xütbəsi tamam olduqdan sonra Həzrət Əli (ə) ayağa durub soruşur: "Ya Rəsuləllah! Bu ayda ən üstün əməl hansıdır?”

Peyğəmbər (s) bircə cümlədə çox gözəl cavab verdi: "Bu ayda ən üstün əməl haramdan qaçmaqdır.”


İmamcümə Hacı Rasim Məmmədovun cümə xütbəsindən...


Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829