Peyğəmbərə (s) necə bənzəmək olar?
Mьəllif: admin1
Tarix: 3-10-2023, 10:12
Peyğəmbərə (s) necə bənzəmək olar?

لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا

“Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır.” (Əhzab 21)

İnsanı Peyğəmbərə oxşadan 3 xüsusiyyət

Bir gün Peyğəmbər (s) səhabələrlə birlikdə əyləşmişdi. O Həzrət buyurdu: “Sizə deyimmi hansınız mənə oxşayırsınız?”
Səhabələr dedilər: “Buyurun, ya Rəsuləllah!”

Peyğəmbər (s) buyurdu: “Hər kəsdə bu 5 xüsusiyyət olsa o mənə oxşayır”

Mən bu 5 xüsusiyyətin 3-ü qeyd edəcəm:

1.Əhsənukum xulqən

“Kimin əxlaqı daha gözəl və daha yaxşıdırsa o mənə oxşayır”.
عَظِيمٍ خُلُقٍ لَعَلى وَإِنَّكَ

“Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən”. (Qələm 4.)
لَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لَانْفَضُّوا مِنْ حَوْلِكَ

“Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər.” (Ali-İmran 159.)

Əxlaq məsələsi çox mühüm amildir, çünki İslam Peyğəmbərinin (s) Besətdə ən mühüm hədəfi kimi tanıtdırılır.

Hz. Peyğəmbər (s) buyurur: “Mən gözəl əxlaqların tamamlanması üçün peyğəmbərliyə seçildim.”

Peyğəmbərimiz (s) əxlaqi dəyərlərə riayət etdiyi üçün camaatı öz ətrafına toplayıb, İslamı inkişaf etdirdi.

2.Əvfakum əhdən.

Peyğəmbər (s) buyurur: “Mənə oxşayanlarınız əhdinə çox vəfalı olanlarınızdır”
Biz ən birinci Allaha söz vermişik:
أَلَسْتُ بِرَبِّكُمْ ۖ قَالُوا بَلَىٰ ۛ شَهِدْنَا

«Mən sizin Rəbbiniz deyiləmmi?» (Ağıl nemətindən və peyğəmbərlərin dəvətindən məhrum olanlardan başqa) onların hamısı: «Bəli, (Rəbbimiz olmağına) şəhadət verdik» dedilər. (Əraf 172)

Gərək əhdimizə vəfa edək, nəfsimizə pərəstiş etməyək. Bu nəfsi istəklər üzə çıxanda məlum olacaq. Bəzən insan pula, bəzən vəzifəyə, bəzən hansısa şəxsə pərəstiş edir, amma özü bunun fərqində olmur.

Müsəlman – yəni əhdinə vəfa edən.

3.Əmanətdar olmaq


Kim çox əmanətdardırsa Peyğəmbərə (s) bənzəyir
Namaz bizə əmanətdir.

Həzrət Əli (ə) namazı qıldı qurtardı, əlini qaldırıb dedi: “İlahi bu əmanət idi qıldım”...

Namaz bizə verilib ki, Sahibi ilə danışaq. Biz gərək müxtəlif nöqsanlar ilə namazı “zay” etməyək.

Əmanət təkcə pul deyil, Quran bizə əmanətdir, Əhli-beyt (ə) bizə əmanətdir, İslam bizə əmanətdir, Məscid bizə əmanətdir, Tarix boyu qanlarını töküb İslamı qoruyan şəhidlərin qanları bizə əmanətdir və.s ...


İmamcümə Hacı Rasim Məmmədov.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031