Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » ƏHLİ-BEYT KİMLƏRƏ DEYİLİR?

ƏHLİ-BEYT KİMLƏRƏ DEYİLİR?

”Əhli-beyt” sözü lüğətdə “ev əhli” mənası verməsinə baxmayaraq, din terminində İslam Peyğəmbərinin ailəsi, övladları məfhumunu daşıyır və yalnız xüsusi şəxslərə aid edilir. Bu şəxslərin kim olması Peyğəmbərin özündən nəql olunan onlarca rəvayətdə açıq-aşkar bəyan edilmişdir. Bu rəvayətlərdə yalnız Əli (ə), Fatimə (ə.s), Həsən (ə), Hüseyn (ə) və imam Hüseynin nəslindən olan və Peyğəmbərin vəfatından sonra dünyaya gələn doqquz nəfər o Həzrətin Əhli-beyti kimi təqdim edilmişdir. O rəvayətlərdən bir neçəsini nümunə olaraq əziz oxucuların nəzərinə çatdırırıq…

1– Şeybənin qızı Səfiyyə Ayişədən nəql edir ki, bir gün Peyğəmbər əbasını çiyninə salıb evdən çıxdı. Bu zaman Əlinin (ə) oğlu Həsən (ə) o həzrətin yanına gəldi. Peyğəmbər (s) onu əbasının altına çəkdi. Sonra Hüseyn, daha sonra Fatimə (s.ə), ondan sonra da Əli (ə) gəldi. Peyğəmbər hamısını əbasının altına toplayıb bu ayəni tilavət etdi…

“Allah-taala istəyir ki, bütün günah və çirkinlikləri yalnız siz Əhli-beytdən uzaqlaşdırsın və sizi tamamilə pak-pakizə qərar versin.” (“Əhzab” surəsi, 33)
“Səhihi-Müslüm”, 4-cü cild, səh.1885, 2424-cü hədis;
“Təfsiri-Təbəri”, 12-ci cild, səh.6, 22-ci hissə.
“Əl-Müstədrəku ələs-səhiheyn”, 3-cü cild, səh.159, 4707-ci hədis;
“Əs-sünənul-kubra”, 2-ci cild, səh.212, 2858-ci hədis.

2– Ömər ibni Səd ibni Əbi Vəqqas öz atasından nəql edir ki, vəhy nazil olan zaman Peyğəmbər, Əli (ə), Fatimə (s.ə) və onun iki oğlunu (Həsən və Hüseyni (ə)) əbasının altına çəkib dedi… “Pərvərdigara, bunlar mənim Əhli-beytimdir.”
“Səhihi-Müslüm”, 4-cü cild, səh.1871, 32-ci hədis;
“Müsnədi ibni Hənbəl”, 1-ci cild, səh.391 1608-ci hədis;
“Əs-sünənül-kubra”, 7-ci cild, səh.101, 13392-ci hədis;
“Sünəni Termezi”, 5-ci cild, səh.225, 2999-cu hədis;
“Əl-Müstədrəku ələs-səhiheyn”, 3-cü cild, səh.163, 4719-cu hədis.

3– İsa ibni Əbdüllah ibni Malik ikinci xəlifə Ömər ibni Xəttabdan belə nəql edir… Peyğəmbərin belə buyurduğunu eşitdim… Ey camaat, mən yaxın zamanlarda sizin aranızdan gedəcəyəm. Qiyamətdə siz də gəlib mənə qovuşacaqsınız. (Burada Peyğəmbər onlara Quran və Əhli-beytin hüquqlarına riayət etmək barədə çoxlu tövsiyələr etdi). Ömər deyir… Mən-ey Allahın Rəsulu, sənin Əhli-beytin kimlərdir? – deyə soruşdum. Həzrət buyurdu… “Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır.”
“Kifayətül-əsər”, səh.91, “Təfsiri-burhan”, 1-ci cild, səh.9

4– İbni Abbas “Büruc” surəsinin birinci ayəsi barəsində deyir… Peyğəmbər (ə) buyurdu… “Mən asimanam, Əhli-beytimdən olan imamlar isə onun bürcləridir. Onlar on iki nəfərdir.”
“Yənabiul-məvəddət”, 3-cü cild, səh.253, 59-cu hədis.
İman
Müəllif: Admin | 16-04-2014, 02:32
Baxılıb: 1596
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.