İmam Rzanın (ə) şəfa verdiyi rəssam merac səhnəsini yaratdı
Mьəllif: admin1
Tarix: 16-04-2014, 20:02
Bцlmə: Bilirsinizmi?
İmam Rzanın (ə) şəfa verdiyi rəssam merac səhnəsini yaratdı


Tanınmış rəssam Məhmud Fərəşçiyan “Bu əsrin meracı” adlı tablosunu nümayiş etdirmişdir. O, bu mərasimdə demişdir: “Mən elə bir tablo yaratmışam ki, onunla fəxr edirəm. Bu tablonun üzərində işləyən zaman 25 yaşlı bir cavanın hisslərini keçirmişəm”.

O, bildirmişdir ki, bu tablonun üzərində 1 il və bir neçə aydır ki, işləyir. Məhmud deyir: ““Merac” tablosunu yaratmaq üçün çox sayda mütaliələr etmişəm. Bəzi alimlərlə söhbət etmişəm ki, hasili bu tabloda müşahidə olunur. Keçmişdə Peyğəmbərin (s) Merac mövzusunda böyük rəssam Sultan Muhəmməd tablo yaratmışdı. Sultan Muhəmmədin tablosu indi İngiltərə muzeyində saxlanılır. Bu tabloda Peyğəmbərin (s) və mələklərin üzü örütülüdür. Ancaq mən bu tabloda səy etmişəm ki, Peyğəmbərin (s) və mələklərin simasını arxadan təsvir edim. Ona görə də örtülməyə ehtiyac yoxdur. Bu tabloda həm də merac gecəsini təsvir etmişəm ki, mələklərin hamısı Allah dərgahında dua və ibadət edirlər”.

Rəssamın bildirdiyinə görə, bu, onun İmam Rzanın (ə) mütəhhər hərəminə hədiyyə etdiyi on birinci tablodur. O, özünü İmam Rzanın (ə) xadimi hesab edir. Rəssam deyir: “Mənim əlim Allahın izni və İmam Rzanın (ə) vasitəsilə şəfa tapdı. Əgər ömrüm olsa və Allah istəsə bu yolumu davam etdirəcəyəm və bu sahədə əsərlər yaradacağam”.

(İslami saytlara istinadən/ Deyerler.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930