Qreyfrudun faydaları və ziyanları
Mьəllif: admin1
Tarix: 9-02-2021, 21:49
Qreyfrudun faydaları və ziyanları
Normal 0 false false false EN-US X-NONE AR-SA

Qreyfurdun faydaları:


C vitamini ilə zəngin olan bu meyvədə A və B qrupu vitaminləri, kalsiyum, maqneziyum, fosfor və s. vardır.

Bir ədəd qreyfutda 50 kalori və 80 mg C vitamini olduğu üçün az kalori ilə çox vitamin ehtiva edən meyvədir.

Soyuqdəymədə faydalıdır.


Diş əti qanamasında xeyirlidir, qanamanın qarşısını alır.

Damarlardakı dan dövranını yaxşılaşdırır.

Mədə və bağırsaq xərçənginə tutulma riskini azaldır.

Təzyiqi tarazlaşdırır.


Bağırsaqları yumşaldır. Qəbizliyə mane olur.

Yağlı yeməkdən sonra içilən qeyfurt şirəsi, yüngüllük hissi verir. Yeməyin daha tez həzm olunmasına kömək edir. Yeməkdən əvvəl yeyilən zaman isə iştahı açır.

Mikrobları öldürür. Qaraciyərin fəaliyyətinə kömək edir və qanı təmizləyir.

Bədəndəki lazımsız maddələrin xaric olunmasına kömək edir.

Bədəndəki və beyindəki yorğunluğu aparır. Stresə mane olur.

Pəhrizdə olan insanlar üçün də faydalı meyvədir.

Hər hansı bir yaranın sağalmasını tezləşdirir.

Dərini təravətləndirir.


Qreyfurtun suyu güclü təsir yaratdığına görə, onu hər hansı dərmanla qəbul etmək hətta ölümlə də nəticələnə bilər.

Bu səbəblə də, onu içərkən ehtiyatlı olmaq lazımdır. Bu meyvə suyunun təsiri bədəndən ən az 24 saat içində keçir.

Qreyfurdun ziyanları


Kanada mütəxəssisləri müəyyənləşdiriblər ki, qreypfrut sitrus meyvəsi bəzi dərman pereparatları ilə yanaşı istifadə edildikdə insan həyatı üçün təhlükə yaradır.

Adi halda orqanizm üçün çox faydalı olan qreypfrut dərman pereparatlarının təsirini ya gücləndirir, ya da zəifləşdirir. Bu isə orqanizmdə ciddi fəsadlar yarada bilər.

Son dörd ildə dərman pereparatlarının sayı sürətlə artıb. Bu isə sitrus bitkiləri ilə təsiri dəyişən dərmanların da sayına təsir göstərib.

Hazırda belə dərmanların sayı 85-i ötüb. Antibiotiklər, antidepressantlar, xərçəng əleyhinə dərmanlar, transplantasiyada işlədilən pereparatlar bu qəbildəndir.

Qreypfrut bəzi dərmanların təsirini qat-qat gücləndirir. Bu isə gözlənilməz ölümlə sonuclana bilər. Louson İnstitutundan doktor Devid Beyli təklif edir ki, qreypfrutla təsiri dəyişən dərmanların təlimatında bu nöqtə qeyd edilsin.

Mütəxəssislər qreypfrutun təsirini onun tərkibindəki furanokumarinlə izah edir. Bu maddə bəzi dərmanların təsirini 2-3 qat artırır.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031