İnsanların azad şəkildə doğru yolu seçməsinə şərait yaradaq!
Mьəllif: admin1
Tarix: 30-12-2015, 18:06
Bцlmə: Xəbərlər
İnsanların azad şəkildə doğru yolu seçməsinə şərait yaradaq!
Cənab Rəhbər Ayətullah Xamenei İslam Vəhdəti Konfransının iştirakçıları, ölkə məsulları, xarici ölkə səfirləri, digər qonaqlarla görüşdə İslam Peyğəmbəri (s) və İmam Sadiqin (ə) səadətbəxş mövludu münasibəti ilə təbrik ünvanladı.
Ayətullah Xamenei buyurub: Yeni islam mədəniyyəti torpaqlara təcavüz, insanların haqqını tapdamaq, millətlərə öz mədəniyyət və əxlaqını zorla qəbul etdirmək deyil – bu işləri qərb mədəniyyəti görüb. Yeni İslam mədəniyyətinin məqsədi bəşəriyyətə ilahi fəzilət hədiyyə etmək, insanların azad şəkildə doğru yolu seçməsi üçün şərait yaratmadır... Qərb mədəniyyəti yeni texnologiya, sürət, asanlıq, müxtəlif həyat vasitələri yaratdısa da, bəşəriyyətə xoşbəxtlik, səadət, ədalət verə bilmədi, özü də daxili bir böhran yaşadı... Qərblilər özləri etiraf edirlər ki, bu zahiri bəzəkli mədəniyyət əxlaq baxımından puç olub... Yeni İslam mədəniyyətinin məqsədlərinə çatmaq üçün müsəlman siyasətçilərə yox, qibləsi qərb olmayan din alimləri və ziyalılara üz tutmaq lazımdır.... Amerikanın sabiq prezidentinin 11 sentyabr hadisələrindən sonra səlib müharibələrini yada salması imperializmin İslam dünyasına qarşı müharibəsindən danışırdı... Amerika üçün sünni ya şiə olmağın fərqi yoxdur. Onlar İslam qanunları ilə yaşamaq istəyən bütün müsəlmanlara düşməndirlər...
Sonda Cənab Rəhbər Ayətullah Xamenei İslam dünyasına qarşı Fələstində, Yəməndə, İraqda, Suriyada baş verən cinayətləri məhkum edərək buyurub ki, belə bir təhlükəli vaxtda məsulların mürgüləmək, yatmaq haqqı yoxdur.



Vilayet.nuraz.in
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031