Amerika müsəlmanlarının illik konfransı keçirilib
Mьəllif: admin1
Tarix: 29-12-2015, 10:41
Bцlmə: Xəbərlər
Amerika müsəlmanlarının illik konfransı keçirilib
ABŞ müsəlmanlarının illik konfransı İllinoys ştatının Çikaqo şəhərində keçirilib.

Maide.az xəbər verir ki, ABŞ İslam Təşkilatlarının illik konfransı Çikaqo şəhərində keçirilib və bu konfrasda islamofobiya ilə bağlı müzakirələr olunub.

Konfransın təşkilatçıları prezident seçkilərində ABŞ müsəlmanlarının 1 milyonluq iştirakı üçün kampaniya başladıblar.

Müsəlman seçicilərdən respublikaçı islamofob namizəd Donald Trumpa səs verilməməsi istənilib.

ABŞ prezident seçkiləri bu ölkə islam təşkilatlarının illik konfransının əsas mövzusunu təşkil edib.

Konfrans iştirakçıları bildiriblər ki, ABŞ müsəlmanları bu ölkənin siyasətləri və seçkilərin nəticələrinə təsir göstərmək imkanına malikdirlər və elə buna görə, müştərək səslə danışmalıdırlar.

İslamofobiyanın genişlənməsi bu konfransda müzakirə olunan məsələlərdən olub. /



Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031