Alimlər barmaqdan götürülən qan analizi barədə açıqlama verdi
Mьəllif: admin1
Tarix: 20-11-2015, 10:38
Bцlmə: Xəbərlər
Alimlər barmaqdan götürülən qan analizi barədə açıqlama verdi
ABŞ alimləri bildirirlər ki, barmaqdan qan analizi heç də özünün doğrultmur. Çünki təhlil üçün lazımi qədər qan olmur. Bu da səhv nəticələrə gətirib çıxarır.

Maide.az xəbər verir ki, alimlər 2 min könüllünün qan nümunələrinin göstəricilərini yoxladıqdan sonra bu qənaətə gəliblər. ABŞ-ın Rays Universitetinin elmi əməkdaşları xəstələrin sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün istifadə olunan müxtəlif qan analizlərinin səmərəlilik səviyyəsi üzrə eksperimentin nəticələrini dərc ediblər. Amerikalılar iddia edirlər ki, iki damcı qan hemoqlobinin, trombositlərin və leykositlərin sayının müəyyən edilməsi üçün kifayət etmir və yanlışlıqlara yol açır. Dəqiq məlumat almaq üçün ən azı 6 damcı qan lazımdır.

Bununla yanaşı, alimlər barmaqdan qan analizinin şəkərli diabet və 40 faiz yoluxucu xəstəliklərin müəyyən edilməsində effektli olduğunu bildirirlər.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031