Bu qədər müharibələr varkən hansı üzlə Nobel Sülh mukafatı verirlər?!
Mьəllif: admin1
Tarix: 5-11-2015, 13:22
Bцlmə: Xəbərlər
Bu qədər müharibələr varkən hansı üzlə Nobel Sülh mukafatı verirlər?!
İslamazeri.az Sputniknews.com-a istinadən xəbər verir ki, bu görüşdə Mujika nə üçün Nobel sülh mükafatını rədd etdiyini də açıqlayıb. “Dəstək verməklə yoxsulluğun qarşısını ala bilərik” adlı konfransda Uruqvayın keçmiş prezidenti çox əhəmiyyətli mesajlar göndərib. O “Nobel Sülh mükafatından nə üçün imtina etdiniz?”sualını aşağıdakı kimi cavablayıb: “Bu qədər qan tökülən dünyada hansı üzlə sülh mükafatı verirlər?! Ona görə belə düşündüm. Qoy mən rədd edim, başqası alsın. Dünyanın hər tərəfində müharibə var, bu əslində, bir depressiyadı. Bu gün bu qədər texnoloji inkişaf qarşısında müharibələr yenə davam edir və bu müharibələrin əvəzini isə bu müharibəyə dəxli olmayan tərəflər ödəyir. Burada kimsənin düşüncələrinin qarışdığını düşünmürəm. Savaşmanın başqa yolları və üsulları var. Müasir usullarla insanları təşkilatlandıraraq onların gücünü və beynini istifadə edərək mübarizə aparmaq olar. Beləliklə biz kədərə və qəmə də bais olmarıq. Çünki gördüyümüz kimi texnoloji inkişaf və var dövlət yalnız zənginlərin işinə yarayan bir vasitəyə çevrilib. Məncə dünyanın bütün xalqları sülh üçün, ümid üçün vahid bir fikrə gəlməli və müharibələrə “xeyr” deməlidirlər. “Zamanı satın ala bilməyəcəksiniz.” Yoxsulların üzərində çox təzyiqin olduğunu, kasıb dedikdə xalqdan deyil, fərddən bəhs edildiyini deyən Mujiko sadəcə bir çanta ilə yaşamanın mümkünlüyünü öyrənmənin vacibliyini söyləyib. Mujiko: “Nə isə satın aldığınızda əslində bunu pul ilə satın almırsınız. Bu pulu qazanmaq üçün həyatınızdan zaman ayırırsınız və əslində o zamanla ala bilmək istədiklərinizi alırsınız. Əgər şansınız varsa və bu zamana sahibsəniz, baxın, əsl zənginlik budur. Amma həyatdakı bu zamanı satın ala bilməzsiniz. Supermarketə gedib “Mənə beş ilimi verə bilərsinizmi ?”deyə soruşa bilməzsiniz. Müharibə edənlərə qarşı isə O, bunları söyləyib: "Yalan söyləyəcək deyiləm, çünki hər ölkənin özünə məxsus gerçəklikləri vardır. Mən 100 illik tarixi ərzində üç dəfə xarici müdaxiləyə məriz qalmış bir ölkənin övladıyam. Savaşın bəzən bir müdafiə mexanizmi olduğunu görmüşəm. Həqiqətlər mənim xoşladığım kimi mövcud olmamalıdır, çünki hər kəsin öz taleyini təyin etmək haqqı vardır. Bir az daha açıq danışsaq: Hər bir xalq öz müqədarratını təyin etməkdə azad olmalıdı. Bü sözlərimdən istər xoşlansınlar, istər xoşlanmasınlar bu bir reallıqdır ki, bir yerdə yaşamağı öyrənməliyik. - See more at: http://islamazeri.az/bu-qeder-muharibeler-varken-hansi-uzle-nobel-sulh-mukafati-verirler--28449.html#sthash.Bd3u0YLH.dpuf
Mənbə : İslamazeri
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031