Məhəmməd Rəsulullah (s) filmi dünyanı silkələdi
Mьəllif: admin1
Tarix: 6-09-2015, 11:16
Bцlmə: Xəbərlər
Məhəmməd Rəsulullah (s) filmi dünyanı silkələdi

Sami Yusif: Filmə qarşı çıxanları yalnız bu filmi İranın çəkməsi qıcıqlandırır..

Rejissor Məcid Məcidinin tarixi janrda çəkdiyi Məhəmməd Rəsulullah (s) filmi miladi 6-cı əsrdə İslam Peyğəmbərinin (s) həyatından danışır. Məhəmməd Rəsulullah (s) filmi şəmsi 1393-cü ildə (1 il öncə) Fəcr film festivalının 33-cü mərhələsində ilk dəfə erkana çıxıb. Cari ilin şəhrivər ayında film İranda və Kanadanın Monreal şəhərindəki festivalda nümayiş etdirilb.
Məhəmməd Rəsulullah (s) filmi Həzrət Məhəmmədin (s) 12 yaşına qədər olan həyat dövrünü əhatə edir. Nəzərdə tutulur ki, sonradan müstəqil şəkildə Peyğəmbərin (s) həyatının digər dövrləri barədə daha iki film çəkilsin. Məhəmməd Rəsulullah (s) filmi cahiliyyət dövründən, o dövrün ictimai şəraitindən, Peyğəmbərin (s) gəlişindən və 12 yaşa qədər baş verən hadisələrdən söz açır. Film İmam Rizanın (ə) mövludu münasibəti ilə eyni vaxtda İranda və Monrealda ekrana çıxarılıb.
Son illər İranda dini motivli tarixi filmlərə geniş yer verilir. Mülki-Süleyman filmi buna nümunə ola bilər. Mülki-Süleyman filmində olduğu kimi bu filmdə də dünyanın məharətli film yaradıcılarından istifadə olunub. Filmdə çəkilişlərə dünya şöhrətli, 3 dəfə Oskar mükafatına sahib olmuş Vittorio Storaro rəhbərlik edib. Filmin musiqisini yenə də Oskar mükafatçısı hindistanlı bəstəkar Rəhman hazırlayıb.
Film müqəddəs Qum şəhərinin 55 kilometrliyində yerləşən Peyğəmbəri Əzəm kino şəhərciyində çəkilib. Bu şəhərcikdə Məkkə və Mədinənin 1400 il əvvəlki görkəmdə maketləri hazırlanıb. Bu filmdən sonra həmin şəhərcikdən İslam tarixi ilə bağlı çəkiləcək filmlərdə istifadə etmək nəzərdə tutulur.
Məhəmməd Rəsulullah (s) filmi İran kino tarixinin ən böyük büdcəli filmi sayılır. Filmin müəyyən hissələri Cənubi-Afrikada çəkilib.
Film Tehranda 40 kinosalonda ekrana çıxıb. İlk gün 170 milyon bilet satıldığı bildirilir. Açılış üçün Tehran kinosu belə izdiham görməyib. Filmdə Peyğəmbərin (s) dünyaya gəlişindən 12 yaşına qədər olan dövr əhatə edilir. Əlbəttə, filmin gedişində Həzrət Peyğəmbərin (s) 50 yaşa qədər olan həyatından fraqmentlər də yer alır. Filmin çəkilişi üçün 7 xüsusi emalatxana işləyib. Səhnə ləvazimatı, geyim, dekorasiyalar, maketlərin hazırlanmasında bu emalatxanaların böyük fəaliyyəti olub. Səhnələrdə 4 mindən artıq dekorasiya hissəsindən istifadə olunub. Əksər emalatxanalarda iranlılar işləyib. Yalnız rəng və boya işləri emalatxanasında bir italiyalı mütəxəssis çalışıb. Səhnələrin hazırlanmasına (səhnə quruluşu) italiyalı Franko Fumaqali rəhbərlik edib. Filmdə müxtəlif zinət əşyaları, qədim məmulatlar, tarixi dəyərə malik olan əşyarlardan istifadə edilir.
Məhəmməd Rəsulullah (s) filmi ekrana çıxmazdan öncə bəzi ərəb ölkələrinin etirazı ilə qarşılanıb. Filmin rejissoru Məcid Məcidi müxaliflərin cavabında bildirib ki, filmin ssenarisində təkcə şiə yox, bütün müsəlman məzhəblərinin dini mətnlərinə istinad edilib.
Əhvalatlar Peyğəmbərin (s) besətinin 10-cu ilindən başlayır. Fraqment şəkilində Peyğəmbərin (s) təvəllüdündən əvvəlki fil ilinə qayıdış olur. Sonra Peyğəmbərin (s) uşaqlıq dövründən söz açılır. Fil ilində Həbəşə qoşununun sərkərdələrindən olan Əbrəhə, padşahın əmri ilə Məkkəyə hücum edir. Məqsəd Kəbəni məhv etməkdir. Əbrəhə bir neçə min filə suvar olmuş döyüşçü ilə Məkkəyə doğru hərəkət edir. Məkkənin yaxınlığında fillər dayanır və irəli getmir. Əbabil adlanan çoxsaylı quşlar dimdiklərində daş Əbrəhə qoşunu üzərinə hücum edirlər. Beləcə, Əbrəhənin qoşunu məhv edilir.
Bu fraqment başa çatdıqdan sonra besətin 10-cu ilindən səhnələr yer alır. Müsəlmanlar ağır qadağalar şəraitindədir.
Məhəmməd Rəsulullah (s) filmi müsəlmanların Əbu Talib dərəsində mühasirəyə alınmasından danışır. Sonra Peyğəmbərin (s) təvəllüdündən əvvəlki dövrə qayıdış olur. Əbva kəndində Peyğəmbərin (s) anasının dünyasını dəyişməsi, Peyğəmbərin (s) südəmərlik dövrü, Sədiyyə kəndində həzrətin uşaqlıq yaşları və bu kimi səhnələr ekranlaşdırılır. Məhəmməd Rəsulullah (s) filmində Peyğəmbərin (s) Şama ilk səfəri və Büheyranın sövməsindəki görüş yer alıb. Büheyra məsihi rahib idi, o son peyğəmbərin zühurü ilə bağlı Əbu Talibə müjdə verir.
Məcid Məcidinin rejissorluğu ilə çəkilən Məhəmməd Rəsulullah (s) filmindən öncə 3 il hazırlıq işi aparıılıb. İlk çəkilişlər 8 il öncə şəmsi 1386-cı ildə başlayıb. Bu çəkilişlər mehr ayına təsadüf edir.
Filmin sponsoru Nur Taban müəssisəsidir. Bu müəssisə Müstəzəflər mərkəzinə bağlıdır. Filmin büdcəsi ilk dəfə 40 milyon dollar elan olunub. Bu büdcə bu vaxta qədər çəkilən ən bahalı İran filminin büdcəsindən 20 dəfə çoxdur.
Filmin italiyalı operatoru 3 oskar mükafatı alıb. O deyib ki, bu filmin çəkilişinə ilham mənbəyi onun üçün məşhur İran rəssamı Mahmud Fərşçiyanın əsərləri olub.
Səudiyyə Ərəbistanı Məhəmməd Rəsulullah (s) filmini etirazla qarşılasa da, Türkiyə, İndoneziya, Malaziya, Cənub-Şərqi Asiya ölkələrində film rəğbətlə qarşılanıb.
İlk çəkilişlər hazırlıq mərhələsindən sonra 1389, 1390-cı illərə təsadüf edir. Çəkilişlər Qumda, Şəhrdadi-Kerman çölündə, Əsləviyyə ətrafında və Afrikada aparılıb. Çəkilişlər 6 ay vaxt aparıb. Film 1393-cü ildə fəcr festivalına hazır olub.

Vilayet.nur-az.com
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031