Obamanın etirafı
Mьəllif: admin1
Tarix: 27-08-2015, 10:24
Bцlmə: Xəbərlər
Obamanın etirafı

Amerika prezidenti onun dövlətinin bu ölkədə silahdan istifadə və atəşaçmadan irəli gələn kobudluqların azaldılmasındakı acizliyini etiraf edib.

Press TV-nin məlumatına görə, Barak Obama çərşənbə günü bir çıxışda deyib ki, onun prezidentlik dövrünün ən böyük problemlərindən biri, Amerikada silahdan istifadədən irəli gələn kobudluqların azaldılmasındakı acizlik olub.
Obama bu çıxışda habelə bildirib ki, Amerikada atəşaçmadan irəli gələn kobudluqların sayı bu ölkədə terrorizmdən irəli gələn ölüm hallarının sayından çox olubdur.
Amerika prezidentinin çıxışı yerli vaxtla çərşənbə günü səhər saat yeddi radələrində bu ölkənin Virciniya ştatında CBS telekanalının iki işçisinin atəşaçma nəticəsində ölməsindən sonra edilibdir.
Virciniya ştatının başçıları bildiriblər ki, adı Uilyams olan qatil müxbirləri qərlə yetirdikdən bir saat sonra intihar edibdir.
Bu rəsmilərin sözlərinə görə, bir zaman qətlə yetirilənlərin həmkarı olmuş qatil özünün Twitter səhifəsində bir video-çarx yayaraq, demişdi ki, bu müxbirlərin öldürülmələrinin səbəbi, onların bir verilişdə rasistcəsinə sözlər söyləmələri olubdur.
Hər il Amerikada 30 mindən yuxarı insan atəşaçma nəticəsində həyatını itirir. Amerikada atəşaçmadan irəli gələn ölüm hallarının sayı orta hesabla 87 nəfərdir və hər gün orta hesabla 183 nəfər də atəşaçma nəticəsində yaralanır.
Belə bir halda, hər il Amerikada 2-3 milyard dollar dəyərində dörd milyon beş yüz min silah satılır.

sahartv.ir
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031