Əl-Əzhər şeyxindən Ayətullah Məkarim Şirazinin məktubuna cavab
Mьəllif: admin1
Tarix: 25-08-2015, 19:27
Bцlmə: Xəbərlər
Əl-Əzhər şeyxindən Ayətullah Məkarim Şirazinin məktubuna cavab

“Yaşadığımız hazırki dövrdə artıq məzhəbi münaqişələr bir inanc və fikir səviyyəsində qalmaqdan çıxıb, müharibə və qan tökülməsi ilə nəticələnib. Bu müharibə nə əhli-sünnənin, nə də Əhli-Beyt (ə) ardıcıllarının xeyrinə deyil. Bu müharibədən yalnız İslam düşmənləri mənfəət əldə edirlər”.

Deyerler.org-un verdiyi xəbərə görə, yuxarıdakı qeyd olunan ifadələr, Əl-Əzhər şeyxinin Ayətullah Nasir Məkarim Şirazinin məktubuna ünvanladığı vəhdət vurğulu məktubun məzmunundan bir hissədir.

Əl-Əzhər Şeyxi Əhməd Ət-Tayyib, Ayətullah Məkarim Şirazinin məktubuna bu cür cavab yazıb:
“Yaşadığımız hazırki dövrdə artıq məzhəbi münaqişələr bir inanc və fikir səviyyəsində qalmaqdan çıxıb, müharibə və qan tökülməsi ilə nəticələnib. Bu müharibə nə əhli-sünnənin, nə də Əhli-Beyt (ə) ardıcıllarının xeyrinə deyil. Bu müharibədən yalnız İslam düşmənləri mənfəət əldə edirlər. Onlar İslama ən ağır zərbə endirmək üçün həmişə pusquda olublar.
Bu bir həqiqətdir ki, siyasətçilər məzhəbi münaqişələri qətliam, başqa ölkələrin daxili işlərinə müdaxilə, şəxsiyyətləri və dini baxımdan müqəddəs qəbul edilən dəyərləri təhqir və s. istiqamətlərdən istifadə edirlər.
İslam məzhəblərinin alimləri bir araya gəlib müzakirələr aparmalıdırlar. Mən dəfələrlə bu istiqamətdə təşəbbüs göstərdim. Hər iki məktəbin görkəmli alimlərinin qatılacaqları bir simpozium keçirilməsini, hamımızı hədələyən məzhəbçilik fitnəsinin təhlükələri qarşısında müzəffər olacağımızı həmişə dilə gətirmişəm”.

Deyerler.org
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031