Ayətullah Safi: "İmam Zamanın (ə) zühurunu Allahdan diləyin"
Mьəllif: admin1
Tarix: 20-04-2015, 21:42
Bцlmə: Xəbərlər
Ayətullah Safi: "İmam Zamanın (ə) zühurunu Allahdan diləyin"

Ayətullah mübarək ayla əlaqədar olaraq, öz nəsihətlərini müsəlmanlara çatdırıb
İslamazeri.az-ın "İSNA"-ya istinadən verdiyi xəbərə əsasən, Qum hövzəsinin böyük təqlid mərcələrindən olan Ayətullah Safi Gülpayqani mübarək Rəcəb ayı ilə bağlı iman əhlini nəsihət edib. Məktubda bildirilir: "Salam olsun Rəcəb ayına! Salam olsun Rəcəb əhlinə! Salam olsun oruc tutanlara! Salam olsun etikaf edənlərə! Salam olsun "Hardadır Rəcəb əhli" nidasına səs verən, Allahın rəhmət süfrəsində nemətlərindən istifadə edənlə siz əzizlərə! Bu böyük səadət və nemətlə fəxr edin və Allahın şükrünü əda edin. Hansı dünya ləzzəti bu ləzzətlə müqayisə oluna bilər? Hardadır günahla bərabər olan maddi əyləncələr fikrində olanlar? Allaha yaxınlaşmaq və uca məqamlara yetişmək üçün maddi dəyər müəyyən etmək olarmı? Əsla, əsla! Bura mübarək şərif ayəni təfəkkürlə oxumağın yeridir: "Ey iman gətirənlər! Sizi həyat verəcək şeylərə (məsələlərə) səslədiyi zaman Allahın Peyğəmbərinin (s) çağırışına cavab verin" (Ənfal 24) Bəli budur həqiqi həyat və budur mənəviyyatla dolu və Allaha yaxnlaşmaq üçün xərclənən həyat. Özümüzü ilahi tapşırıqları yerinə yetirmək üçün hazırlayaq və rəhmət Peyğəmbərinə (s) ərz edək: Sizin şərəfli 12-ci övladınızın vücudu qeyb dövründə olduğu müddətdə, biz xüsusən cavanlar və oruc tutanlar bütün vücudumuzla bildiririk ki, fədakar bir əsgər kimi Əhli-Beytin və islamın nurani maarifini qoruyacağıq. Yaxşılıqlara əmr edib, pisliklərdən çəkindirməyi və dində olan bidətləri və mənfi fikirləri aradan aparmağı öz vəzifəmiz bilirik və bu əməllərə aləmin vəlisinin zühurunadək sadiq qalcağıq. Əzizlər! Bu dəyərli zamanların qədrini bilin və həm özünüz, həm digərləri, həm də düşmən əlində olan islami məmləkətləri üçün dua edin. Onların qələbəsini və baş ucalıqlarını eyni zamana imam Zamanın (ə) zühurunu Allahdan diləyin". İlahi onun fərəcini tezləşdir, zühur zamanını yaxın et və bizi onun köməkçilərindən qərar ver. Amin ya rəbbəl aləmin".
Mənbə : İslamazeri
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031