Rusiya və İranın XİN başçıları Moskvada görüşüblər
Mьəllif: Admin
Tarix: 15-03-2022, 17:59
Bцlmə: Xəbərlər
Rusiya və İranın XİN başçıları Moskvada görüşüblər
Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, Hüseyn Əmir-Abdullahiyan Moskvada Sergey Lavrovla görüşüb.

Tərəflər bu görüşdə qarşılıqlı əlaqələri və bir sıra regional və beynəlxalq məsələləri, o cümlədən İranla böyük dövlətlər arasında nüvə sazişinin bərpası ilə bağlı Vyanada aparılan danışıqların vəziyyətini müzakirə ediblər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu görüşdə "Hərtərəfli Birgə Fəaliyyət Planı"nın (nüvə sazişi) bərpası üzrə danışıqların sona çatdığını bildirib.

Lavrov həmçinin bildirib ki, Rusiya və İran yeni tərəfdaşlıq üçün sənədlər hazırlayırlar.

"Xarici amillərə baxmayaraq, Rusiya ilə İran arasında ticarət mübadiləsinin həcmi durmadan artır." deyə Rusiya XİN rəhbəri əlavə edib.

Qeyd edək ki, İran XİN rəhbəri Moskvaya çatan zaman KİV-lərə verdiyi açıqlamasında bildirib ki, ölkəsi Rusiyaya qarşı tətbiq edilən sanksiyaları pisləyir və istənilən birtərəfli sanksiyaları yanlış hesab edir. O bildirib ki, İran diqqətini Ukrayna məsələsinin siyasi həllinə yönəldir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930