AP üzvü: “İran ABŞ-dan fərqli olaraq, İŞİD-ə qarşı mübarizdə İraqa kömək etdi”
Mьəllif: Admin
Tarix: 22-04-2021, 10:52
Bцlmə: Xəbərlər
AP üzvü: “İran ABŞ-dan fərqli olaraq, İŞİD-ə qarşı mübarizdə İraqa kömək etdi”
İrlandiyanın Avropa Parlamentindəki nümayəndəsi Mayk Vallas dünən (20 aprel) axşam Tvitterdə yazıb ki, İŞİD ABŞ-ın İraqı işğal etməsinin nəticəsidir.

Deyerler.org xəbər verir ki, Mayk Vallas tvitində belə qeyd edib: “İŞİD, ABŞ-ın işğalından sonra İraqın dağıntılarından çıxdı və bir çox İŞİD üzvü ABŞ-ın günahsız insanlara işgəncə verdiyi həbsxanalardan gəldi.

İraq, İŞİD-lə mübarizədə Obamadan kömək istədikdə, o imtina etdi və İran onların köməyinə tələsdi. Eyni zamanda, ABŞ, Körfəz ölkələri və İsrail rejimi Suriyanı məhv etmək üçün silahlı cihadçıları (terrorçular nəzərdə tutulur) silahlandırdı”.

Vallas bir neçə gün əvvəl atdığı tvitində də İraqın Əl-Həşduş Şəbi qüvvələrini tərifləyərək, belə demişdi: “2014-cü ildə İraq hökuməti ABŞ və Avropa İttifaqından İŞİD-lə mübarizədə kömək istədi, lakin istəyi rədd edildi.

ABŞ-ın İraqı qanunsuz işğalından sonra böyüyən İŞİD-lə mübarizə üçün İraq xalqını (Əl-Həşduş Şəbi) səfərbər etməyə kömək edən İran idi.

Avropa xalq qiyamının qurbanlarını qiymətləndirməli, iblis kimi göstərməməlidir”.

Avropa parlamentinin üzvü bir tvitində də, ABŞ-ı İraqı məhv etməyə kömək etdiyinə görə Avropa İttifaqını tənqid etmişdi: “Avropa İttifaqı İraqın məhvinə kömək etdi və indi İraqın bərpasına kömək etməlidir.

Bu, onlara borclu olduğumuz ən az şeydir və onlara borclu olduğumuz başqa bir şey, baş verənlər barədə həqiqəti söyləməyə başlamağımızdır”.

Vallas başqa bir tvitində İraqa son səfərindən bəhs edərək bunları yazıb: “İraqdakı vəziyyəti ən yaxşı anlamaq üçün İraqa getdim.

ABŞ hərbçilərinin İraqa hücum etməsinə icazə verərək, bu ölkənin məhv edilməsində İrlandiyanın iştirakı üçün üzr istəmək fürsətim oldu”.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031