Aprel döyüşlərindən bəhs edən yeni kitab işıq üzü görüb
Mьəllif: admin1
Tarix: 16-02-2021, 10:20
Bцlmə: Xəbərlər
Aprel döyüşlərindən bəhs edən yeni kitab işıq üzü görüb
Kitab ilahiyyatçı-tədqiqatçı Mahir Şəkərov tərəfindən qələmə alınıb. Kitabda 6 Aprel şəhidinin xatirələri yer alır. Müəllif bildirib ki, bu layihə başqa formatlarda da davam edəcək.

Sita: İbrət Nəşrləri olaraq, ilk xatirə ədəbiyyatımızı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən əziz şəhidlərimizə həsr edirik. Bu silsiləni müxtəlif formatlarda davam etdirəcəyik. Kitabın mövzusu iki istiqamətdədir:

1. Tərbiyəvi
2. Qəhrəmanlıq
4 günlük müharibədə dünyasını dəyişən şəhidlərimizin həyatı ilə maraqlananda onların həqiqətən də təsadüfi insanlar olmadığını, vətən uğrunda candan keçməyə artıq uşaqlıqdan mənən hazır olduqlarını görürük.

Kitabın yazılmasında əsas hədəf şəhidlərimizin örnək və pak həyatlarını oxucularımıza, gələcək nəsillərə çatdırmaqdır. Axı şəhidlər hər hansı bir cəmiyyətin nur mənbəyi və şamlarıdır.

Əgər onlar öz şəhadətləri ilə işıq saçmasaydılar, bəşəriyyət zülm və əsarət zülmətlərində heç bir iş görə bilməzdi. Bu iş o qədər mühümdür ki, Quran bu müqəddəs işin icraçısı olan Həzrət Muhəmmədi (s) Qurani-Kərimdə “nur saçan çıraq” adlandırmışdır. (Əhzab surəsi, 45-46)

Şəhidlərimizin hər birinin həyatına diqqət etdikdə onların necə gözəl xarakterə, necə gözəl əxlaqa sahib olduqlarını bir daha müşahidə edəcəyik.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Dünya və axirətdə yolumuza işıq saçan nur olsunlar.

Kitabı Məsumə mağazalarından və digər dini mağazalardan əldə edə bilərsiniz. Kitab bütün ünvanlara pulsuz çatdırılır. Kitabın qiyməti 6 azn. Əlaqə üçün:

0558292626.
0776292626.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031