Suriya ordusu Türkiyə sərhədinə çatdı
Mьəllif: admin1
Tarix: 28-10-2019, 21:02
Bцlmə: Xəbərlər
Suriya ordusu Türkiyə sərhədinə çatdı
Suriya dövlət televiziyası Suriya ordusunun Türkiyə sərhədinə çataraq, Rəsulaynin şimal-şərqində suriyalı kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin boşaltdığı bölgəyə yerləşdiyini xəbər verib.

Deyerler.org xəbər verir ki, Al-İkhbariya televiziyasının xəbərində belə bildirilib: “Suriya ordusu Rəsulaynin şimal-şərqində onlarla kənd və yaşayış məskəninə girdikdən sonra, Suriya-Türkiyə sərhədinə çatdı”.

Bundan əvvəl DSQ-nin Türkiyə sərhədindən uzaqlaşaraq, yerini Suriya sərhəd keşikçilərinin aldığı bildirilmişdi.

Al-İkhbariya televiziyası DSQ-nin bütün ağır silahları ilə birlikdə Türkiyə sərhədinə 32 kilometr məsafəyə geri çəkildiyini xəbər vermişdi.

SANA dövlət xəbər agentliyi isə, Suriya ordusunun dünən (27 oktyabr) axşam Hasəkə şəhərinin şimal-şərq ətrafında Suriya-Türkiyə sərhədindəki Əl-Dirbaisyə şəhərində Türkiyənin təcavüzkarlığına qarşı çıxmaq üçün Rəsulaynin şərq ətrafındakı bir neçə kənd və mahalda yerləşdikdən sonra, əhalinin böyük coşqusu ilə qarşılaşıb.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031