Suriya ordusu İsrailin döyüş təyyarəsini vurdu
Mьəllif: admin1
Tarix: 9-07-2018, 22:55
Bцlmə: Xəbərlər
Suriya ordusu İsrailin döyüş təyyarəsini vurdu
İslamazeri.com xəbər verir ki, suriyalı hərbi mənbə SANA-ya verdiyi açıqlamada, T-4 hava bazasına hücum edən İsrail döyüş təyyarələrindən birini vurduqlarını bildirib.

Sözügedən hərbi mənbə, bu hadisənin əsasında əməliyyata qatılan İsrailin digər döyüş təyyarələrinin bölgədən qaçmaq məcburiyyətində qaldıqlarını bildirib.

Suriya televiziyası isə T-4 hava bazasına təşkil olunan hücumun yalnız maddi zərərə səbəb olduğunu elan edib.

İsrail mənbələri isə hadisəylə bağlı açıqlama verməkdən çəkinib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930