Fransalı fotoqrafın Ərbəin xatirəsi
Mьəllif: admin1
Tarix: 28-10-2019, 15:15
Bцlmə: Xəbərlər
Fransalı fotoqrafın Ərbəin xatirəsi
Artur Serquel – Fransanın tanınmış fotoqraflarından idi. O, Şərq ölkələrinə səyahət edərək maraqlı şəkillər çəkirdi. Bir gün İmam Hüseynin (ə) Ərbəin yürüşünə qoşulmağı qərara alır. Çünki İmam Hüseynə (ə) qarşı xüsusi eşqi var idi.

O, Aşura vaqiəsindən çox şey eşitmişdi: aclığı, sisizluğu, Hərmələni və sair hadisələri eşitmişdi. Xanım Zeynəbin (s.ə) xütbəsini oxumuşdu.

Artur Aşuradan başlayaraq Ərbəinə qədər bir ay Hüseynin (ə) əza məclislərində iştirak edir və maraqlı şəkillər çəkir. Sonra isə ən böyük arzusu olan Ərbəin yürüşünə tələsir.

Hüccətil-İslam Əyyubi nəql edir: “Mən Arturu tanıyırdım və çəkdikləri şəkillərlə maraqlanırdım. Bir gün titrəyən səslə mənə zəng etdi və biz görüşdük.

Əyninə qara köynək geyinmiş və saqqalı uzanmış halda mənim görüşümə gəldi. Əzadar halda olduğunu görəndə, gözlərimə inanmadım. Çox təsirlənmişdi və yavaş-yavaş danışmağa başladı.

Kərbəla hadisəsindən və bu müsibətin əzəmətindən danışırdı. Lənətlik Yezidin zülmlərindən və İmama (ə) qarşı etdiklərindən danışırdı. O, İmam Hüseyn (ə) aşiqləri kimi xüsusi şövqlə bunları mənə danışırdı.

O, sanki su sözünün mənasını təzə başa düşmüşdü. Qardaş və bacı sözlərini öyrənmişdi. O, əhd bağlamağın və namazın nə olduğunu dərk etmişdi. O, 50 il idi ki, günəşin çıxmasını görmüşdü. Ancaq zöhr sözünü heç cür dərk edə bilmirdi. Aşura gününün zöhrünü ən möhtəşəm zaman kimi təqdim edirdi.

O, 40 rəqəminin sirli olduğunu söyləyirdi. Sanki gözləri başqa bir aləmə açılmışdı. O, deyirdi ki, uzun illərdir dünyanı şəkil çəkən aparatın pəncəsərindən müşahidə etmişəm. Ancaq dünyanı ilk olaraq indi görürəm.

Şəkillərindən sual verdim, mövzunu dəyişdirdi. Aparatından söz açdım, heç nə demədi.

Mən çox təkid etdikdən sonra göz yaşlarını sildi və dedi: “Mən çox sayda hüseyniyyələrdə olmuşam. Ən həssas anları çəkmək istəyən zaman əlim titrəyirdi. Ona görə də şəkil çəkə bilmirdim”.

O, Aşura hadisəsinə o qədər qərq olmuşdu ki, Aşura və Ərbəinin ancaq özü üçün olmasını arzu edirdi. İstəmirdi ki, başqaları bu səhnələri görsün. İstəyirdi ki, ancaq özü bu səhnələri müşahidə etsin.

O, şəkil şəkən aparatını bu səhnələri görməyə naməhrəm hesab edirdi. Həyatında olan hər bir istəyi silmişdi. Onun üçün mühüm olan şey – ancaq Aşura və Ərbəin idi…”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031