Suxuminin itirilməsindən 26 il ötür
Mьəllif: admin1
Tarix: 27-09-2019, 21:20
Bцlmə: Xəbərlər
Suxuminin itirilməsindən 26 il ötür
Gürcüstanın Abxaziya bölgəsində qarşıdurmalar 1992-ci ilin 14 avqust tarixində başladı. Müharibənin əsas mərhələsi 13 ay və 13 gün davam etdi.

1993-cü ilin 27 sentyabr tarixində Abxaziya bölgəsinin mərəkəzi şəhəri, Gürcüstan yüksək stratejik əhəmiyyətə malik Suxumi şəhəri Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin əlinə keçdi. Gürcüstan hərbiçiləri şəhərdən çıxmağa məcbur qaldılar.

30 sentyabr tarixində rus və abxaz birləşmələri Enquri çayının ətraf ərazilərində mövqelərini gücləndirdilər və bu tarixi "Gürcüstan üzərində qələbə və Abxaziyanın müstəqillik günü" olaraq elan etdilər.

Gürcüstan tərəfinin məlumatlarına əsasən, Abxaziya müharibəsi ümumilikdə 10 min nəfə əsgər və siravi vətəndaşın ölümünə, 300 000 nəfərin isə məcburi köçünə səbəb oldu.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031