Müsəlmanlara qarşı ədavət yayan yazıçıya cəza
Mьəllif: admin1
Tarix: 25-09-2019, 10:09
Bцlmə: Xəbərlər
Müsəlmanlara qarşı ədavət yayan yazıçıya cəza
İslamazeri.com-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, Fransada məşhur yazıçı və siyasi jurnalist islamofobiyaya görə böyük məbləğdə cərimə edilib.

Belə ki, Erik Zemmur müsəlmanlara qarşı kin və nifrət atəşini qızışdırdığı üçün dövlət büdcəsinə 3 min avro ödəyəcək.

Buna səbəb isə, onun telekanalların birində “fransalı müsəlmanlar İslam və Fransa arasında seçim etməlidir” deməsidir.

Zemmur həmin müsahibəsində bildirib ki, hicablı müsəlmanlar “şəhər kənarlarında İslamın hökmranlığını bərqərar etmək istəyirlər”.

Uzun istintaqdan sonra məhkəmə belə qərara gəlib ki, yazıçının fikirləri ayrı-seçkilik xarakterli olub və bu səbəbdən də cərimə edilməlidir.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031