Fətullah Güləni öldürdülər, məzarı da ...
Mьəllif: admin1
Tarix: 30-07-2018, 19:30
Bцlmə: Xəbərlər
Fətullah Güləni öldürdülər, məzarı da ...

İslamazeri.com Türkiyənin "Yeniçağ" Qəzetinə istinadən xəbər verir ki, ilahiyyatçı Cavad Akşit verdiyi açıqlamada FETÖ lideri Fətullah Gülən haqqında maraqlı iddialar edib. Uzun illər "Kanal 7"də veriliş aparan və islamçı qəzetlərdə yazılar yazan Cavad Akşit Fətullah Gülənin öldüyünü və cəsədinin isə Yəhudi qəbiristanlığında basdırıldığını iddia edib.

"Oda TV"-nin xəbərinə görə Cavad Akşit müxbirə; "Gizli şeyləri dedirdirsən mənə. FETO öldürüldü, sağ deyil. Yaşamır. Məzarı hazırda yəhudi qəbiristanlığındadır",- deyib. Cavad Akşit sözünə belə davam edib:

"Yoxsa bizim polis onu gətirəcəkdi Türkiyəyə, indi onun öldüyünü bilir bizim polislərimiz. Burada keşiş ki var, "onu verməsəniz biz də bunu verməyəcəyik" deyirlər. Öldürdülər onu, çoxdan ölüb. Öldüyü yeri də bilirəm mən; Nyu-Cersidə. Yəhudi qəbiristanlığında basdırılıb. Kəşfiyyatda adamın varmı, xüsusi söhbət edə biləcəyin adam varsa soruşa bilərsən. Yox oldu getdi ".
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031