Ayətullah Xamenei Qəzzadan danışdı, ABŞ və İngiltərəni təqsirləndirdi
Mьəllif: admin1
Tarix: 15-07-2014, 10:17
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei Qəzzadan danışdı, ABŞ və İngiltərəni təqsirləndirdi

“Güclü dövlətlər bu yaşanan zülmlərə susurlar, hətta aşkar və rəsmi olaraq dəstək verməkdədirlər"
İslamazeri.az-ın “Shafaqna”-ya istinadən verdiyi xəbərə görə, İran İslam İnqilabının Ali Dini Lideri Ayətullah Seyyid Əli Xamenei Qəzzadakı zülmlər barədə danışıb.

Günümüzün acı həqiqətlərinə işarə edən Seyyid Əli Xamenei belə danışıb:

"Güclü dövlətlər bu yaşanan zülmlərə susurlar, hətta aşkar və rəsmi olaraq dəstək verməkdədirlər. Onlar əllərindəki imkanları bir çox ölkələrin müstəqilliyini, milli sərvətlərini, mənəvi dəyərlərini, namus və heysiyyətlərini aradan aparmaq üçün istifadə edirlər. Əllərindəki təbliğat imkanları ilə zülmlərini haqlı göstərməyə və həqiqətləri təhrif etməyə çalışmaqdadırlar.

Bu gün Qəzzada yaşanan təəssüfləndirici hadisələrə baxdığımız zaman çox aşkar görürük ki, bəzən dünyanın uzaq küncündə bir heyvanın öldürülməsinə görə dünyanı ayağa qaldıranlar, çoxu qadın və uşaqlar olan 100-dən çox məzlum, məsum fələstinlinin öldürülməsinə əhəmiyyət vermir və ciddiyə almırlar. Bu vəhşi hücumlar birbaşa ABŞ və İngiltərə tərəfindən rəsmən dəstəklənir. Bu günki dünya səhnəsində müstəmləkəçi qüvvələr öz mənfəətləri üçün hər cür pis, mənfi və zülmü sərhədsiz formada dəstəkləyir. Mənfəətlərinə uyğun olmayan hər cür təmiz və paklığa qarşı isə vəhşicə qarşı çıxırlar.”
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031