Afrikada 910 karatlıq dünyanın ən böyük 5-ci almazı çıxarıldı
Mьəllif: admin1
Tarix: 16-01-2018, 13:28
Bцlmə: Xəbərlər
Afrikada 910 karatlıq dünyanın ən böyük 5-ci almazı çıxarıldı
Cənubi Afrika ölkələrindən Lesotoda olan Lestenq almaz mədənindən dünyanın ən böyük 5-ci almazı çıxarılıb.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, mədən işlədən Britaniyanın Gem Diamonds firması, almazın 910 karat və qiymətinin təqribən 40 milyon dollar olduğunu bildirib.

Gem Diamonds-un prezidenti Klifford Elfik mətbuata verdiyi açıqlamasında, bu almazın ən şəffaf almaz sinfinə (D rəngli) mənsub olduğunu və böyüklüyünə görə də çox nadir bir inci olduğunu deyib.

“Mədənimizdən çıxardığımız bu sonuncu brilyant dünyada bu günə qədər tapılmış ən böyük 5-ci almazdır. Mədənimizdən 2006-cı ildə 603 karatlık, 2015-ci ildə isə 357 karatlık başqa bir almaz çıxarmışıq”, - deyə o bildirib.



Deyerler.org
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031