Ayətullah Xamenei terrorla bağlı danışdı
Mьəllif: admin1
Tarix: 8-06-2017, 22:57
Bцlmə: Xəbərlər

Ayətullah Xamenei terrorla bağlı danışdı

 İslamazeri.com-un "Khamenei.ir”-ə istinadən verdiyi xəbərə görə, universitet tələbələri ilə görüş keçirən Ayətullah uzma Xamenei, bu hadisələrin xalqın və məmurların iradəsinə zərər vurmayacağını deyərək, bildirib: "İran xalqı qüdrətli formada öz hərəkətinə davam edərək, irəliləyəcək. Bu hadisələr onu da sübut etdi ki, əgər İslam Respublikası bu fitnələrin mərkəzi olan bölgələrdə müqavimət göstərməsəydi, bugün ölkə daxilində bu barədə ciddi problemlər yaşamaqda idik. Allahın izni ilə bunların kökü kəsiləcək.”

Bu günlərdə gündəmdə olan suallardan birinə işarə edərək, cavablandıran dini lider bildirib: "Bəziləri üçün bu sual yarana bilər ki, İran İslam Respublikası Qərb dövlətlərinin nəzarətindən necə tam olaraq çıxıb ki, hələ də cəmiyyətdə bunun təsirləri görünür? Cavab olaraq demək lazımdır ki, Qərbin mədəni, siyasi, iqtisadi və digər yönlərindən xaric olmaq İslam Respublikasının qəti olan qanunlarındandır. Hansısa xəta və qayda pozuntuları ola bilər, lakin bu mövzu müxalif qanun olmamasıyla fərqlidir. Bəziləri bir nazirliyin yaxşı xidmət göstərməməsini islami sistemin problemi olaraq görürlər. Bu yanlışdır. İslami sistemin ən böyük bacarığı və uğuru onun meydanda qalmasıdır. Əgər islami sistem təsirsiz olsaydı bugünədək düşmən tərəfindən udulmuşdu.”

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031