Cəməldə İmam Əli (ə) ilə birgə olan, Aşurada Əliyyi-Əkbəri qətlə yetirən Mürrə
Mьəllif: admin1
Tarix: 15-05-2017, 12:20
Bцlmə: Xəbərlər

 Mürrə Cəməl döyüşündə İmam Əlinin ordusunda olsa da aqibəti xeyirli olmadı və Aşura günündə Əliyyi-Əkbəri qətlə yetirdi.

 

İslaminSesi.info  - Onun tam adı Murrə ibni Minqiz bin Numan Əbdidir. Cəməl döyüşündə İmam Əlinin ordusunda idi. Lakin tədricən özünü göstərməyə başladı.

 

Aşura günündə Ömər bin Sədin ordusu tərəfdə vuruşurdu. O, İmam Hüseynin böyük oğlu Əliyyi-Əkbərin qətlə yetirilməsinin əsas səbəkarı idi. O idi ki Aşura günündə arxadan nizə ilə Əliyyi-Əkbəri vurud, yerə yıxdı.

 

Mürrə Muxtarın qiyamı zamanı qaçıb Musəb ibni Zbeyrin ordusuna qoşuldu. Sonra Muxtarın əsgərləri onu döyüşlərin birində yaraladılar. O qaça bilsə də aldığı yaralardan iflic vəziyyətə düşdü və elə də öldü.

 

İmam Zaman (ə.f) ziyarətnamələrin birində Əliyyi-Əkbərə salam göndərən zaman onun qatili Mürrənin adını çəkir və onu lənətləyir.

 

(Daneşnameye İmam Hüseyn, cild-9, səh-299)

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031