İranın sünni alimləri bu dəfə Ruhaniyə dəstək verməyəcəklərini açıqladılar
Mьəllif: admin1
Tarix: 15-05-2017, 12:17
Bцlmə: Xəbərlər

İranın sünni alimləri bu dəfə Ruhaniyə dəstək verməyəcəklərini açıqladılar

 İslamazeri.com-un "Tasnimnews”-a istinadən verdiyi xəbərə əsasən, Mərivan şəhərinin cümə xətibi Mustafa Şirzadi son debatlara toxunaraq bildirib: 

"Bu dəfəki debatda dövlət başçısı özünə və islama yaraşmayan sözlərdən istifadə etdi. Bu şəri olaraq icazəli deyil. Şəxsləri hörmətdən salan debat şəri hesab olunmur. Şəxslər öz proqramlarını təqdim etməlidirlər. Hazırki hakimiyyət dönəmində xalqın məişət və digər problemləri daha aydın formada göründü. Ruhani hakimiyyəti sünnilərə zülm etdi. Kürdlər də digər iranlılar kimi dövlətimizi dəstəkləyir. Biz islam inqilabı üçün qanlarımızı verdik. Məsullar da bizi nəzərə almalıdır."

 

Sistan və Bəluçestan şəhərinin Xobreqan məclisində üzvü Moləvi Nəzir Əhməd Səlami də Ayətullah Rəisiyə səs verəcəyini deyərək bildirib: "Ötən 

seçkilərdə cənab Ruhaniyə səs vermişdim, lakin bu dəfə cənab Rəisini daha uyğun bilirəm. O əxlaqlı, xalqı düşünən və uğurlu idarəçilik keçmişinə sahibdir. Fikrimizcə O, ölkənin problemlərinin, xüsusən işsizlik və iqtisadi məsələlərin həlli istiqamətində ciddi addımlar atacaq. O uşaqlıqdan kasıbçılıq içində böyüyüb və kasıb təbəqənin hisslərindən xəbərdardır. Lakin Onu seçməyimiz digər namizədlərə də olan hörmətimizi aradan aparmır.”

Həsən Ruhani hakimiyyətinin müsbət və mənfi cəhətlərindən söz açan Səlami "Gigiyena və sağlamlıq məsələlərində şəhərimizdə müsbət addımlar atılıb, lakin müsbət addımlar bununla da sonlanır. Şəhərimizdə iqtisadi, xalqın məişət və iş problemləri istiqamətində addımlar atılmayıb. Bu gün hamımız bahalaşması hiss edirik.”, -deyə qeyd edib.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031