ABŞ-da insan ölümləri ilə nəticələnən tufan və sel baş verdi
Mьəllif: admin1
Tarix: 1-05-2017, 09:59
Bцlmə: Xəbərlər

ABŞ-da insan ölümləri ilə nəticələnən tufan və sel baş verdi

 İslamazeri.com-un "Associated Press” agentliyinə istinadən verdiyi xəbərə əsasən, həftə sonları ABŞ-ın cənubu və mərkəzi hissəsində yerləşən ştatlarda baş vermiş tufan və daşqınlar nəticəsind azı 14 nəfər həlak olub.

Tufan Texan ştatının şərq hissəsindəki bir neçə kiçik şəhərdə baş verib; 5 nəfər həlak olub. Arkanzas ştatında baş vermiş sel və güclü külək səbəbi ilə isə 5 nəfər ölüb.

Missuri ştatındakı daşqın isə 2 nəfərin ölümünə səbəb olub. Tennesi ştatında isə güclü küləyin qurbanına 1 qız uşağı çevrilib. Həmçinin Missisipi ştatında da 2 nəfərin öldüyü qeyd edilir.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031