Kəbəni yandırmaq istədi amma... (Video)
Mьəllif: admin1
Tarix: 7-02-2017, 20:20
Bцlmə: Xəbərlər
Kəbəni yandırmaq istədi amma... (Video)
Müqəddəs Kəbə evini yandırmaq istəyən bir şəxs öz iyrənc əməlini həyata keçirməzdən əvvəl yaxalanıb.

Deyerler.org xəbər verir ki, Əl-Aləm televiziyasının bildirdiyinə görə, sosial şəbəkələrdə bir şəxsin Kəbənin örtüyünü yandırmaq istədiyi vaxt yaxalandığı bildirilib.
Fevralın 6-da Kəbə örtüyünü yandırmağa çalışan həmin şəxsin təvaf edən hacılar tərəfindən ələ keçirildiyi qeyd olunub.

Əlindəki şüşəyə benzin dolduran şəxs Kəbə örtüyünə benzini tökməyə cəhd edən vaxt ələ keçirilib. Kəbə təhlükəsiz qüvvələrinin də müdaxiləsilə təcavüzkar dərhal Məscidül Həramdan çıxarılıb.

Sosial şəbəkədə ələ keçirilən şəxsin ruhi xəstə olduğu bildirilsə də, Səudiyyə rejimi rəsmiləridən hələ bir açıqlama verilməyib.




Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031