Kəbə imamından dəhşətli çağırış: "Şiələrə qarşı müharibəyə hazırlaşın"
Mьəllif: admin1
Tarix: 1-04-2015, 22:18
Bцlmə: Xəbərlər
Kəbə imamından dəhşətli çağırış: "Şiələrə qarşı müharibəyə hazırlaşın"

Bu günlərdə sosial mediada Məscidul-Həramın imamı Abdurrahman Sudeysinin dəhşətli açıqlamalar dolu videosu yayılıb.
Deyerler.org-un "Shafaqna"ya istinadən verdiyi xəbərə görə, Kəbənin vəhabi imamı şiələr və sünnilər arasında ədavəti ən kəskin şəkildə qızışdıraraq onlar arasında amansız bir savaş olduğunu iddia edir və hər kəsi şiələrə qarşı müharibəyə səsləyir.

Sudeysi çıxışında məzhəb ixtilaflarını qızışdıraraq sünnilərə xitab edərək belə deyir: "Artıq boş şüarlardan çəkinin və şiələrə qarşı müharibəyə hazırlaşın!".

Abdurrahman Sudeysi Səudiyyə və müttəfiq ölkələrin koalisiyasının Yəmənə daxil olmasına da işarə edərək, artıq məzhəb savaşının başladığını iddia edir. "Ərəb ölkələri arasında təsis edilmiş bu koalisiya məzhəb savaşına hazırlıqdır. Hər kəs bunu belə bilməli və qəbul etməlidir! Media, qəzet və mətbuata ötürülən təbliğatı bir kənara buraxıb gerçək savaşa hazırlaşın. Şiəliyin yayılmasının qarşısını almaq üçün müqavimət göstərin!", - deyə Kəbənin vəhabi imamı bildirib.

Qeyd edək ki, Sudeysi öz təyin edildiyi məqamdan istifadə edərək öncələr də çıxışlarında Kəbə ziyarətçilərini inanclarından vaz keçərək vəhabi əqidəsini qəbul etməyə çağırıb.

Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930