İmam-cümə: Onların dilində olan “terrorla mübarizə” ifadələri yalandır, çünki özləri terrorun mənbəyidir
Mьəllif: admin1
Tarix: 23-09-2016, 21:00
Bцlmə: Xəbərlər
İmam-cümə: Onların dilində olan “terrorla mübarizə” ifadələri yalandır, çünki özləri terrorun mənbəyidir
İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə əsasən, Tehranın bu həftəki cümə xətibi höccətül-islam Kazım Siddiqi olub. İranda qeyd olunan “Müqəddəs müdafiə” həftəsinə toxunan imam-cümə deyib: “Kiçik cihadın bünövrəsi böyük və orta cihaddır. Bizim əsgələrimiz əqidə universitetinin ustadları idilər. Bizim əqidə və düşüncəmizi dərinləşdirdilər. Onlar Bədr döyüşünü yenidən canlandırdılar, İlahi yardımı hiss etdilər və bizə yeni inanclar təqdim etdilər. Biz İmam Əlinin (ə) şiələriyik. Həmin İmam (ə) ki, “Bütün aləm önümdə dursa mən təkbaşına müqavimət edərəm” dedi. Biz 8 il boyunca SSRİ, ABŞ, İngiltərə, Fransa, Almaniya və digər ölkələrlə savaşdıq. Bizim cəbhəmiz irfan, eşq, gecə namazı, özündən keçmək, səbr və iffət cəbhəsi idi. İmam Xomeyni (r) də buna toxunaraq “Bir əldə silah, bir əldə Quran” ifadəsindən istifadə etdi. Biz də bu gün müəqddəs müdafiə günlərində oluğu kimi rəhbərimizin göstərişini dəqiqliklə dinləməli, iman və inanclarımıza inanaraq, Əhli-beytə (ə) təvəssül etməliyik. Millətimiz təcavüzkar olmadığını, əksinə bölgədə olan sabitliyin mənbəyi olduğunu sübuta yetirdi. Lakin hansısa ölkə bizə hücum edərsə, "Müqəddəs müdafiə" günlərində göstərdiklərimizi bir daha sübuta yetirəcəyik.”

ABŞ qırıcılarının Suriya mövqelərini hədəfə almasına və 62 nəfərin həyatını itirdiyi hadisəyə toxunan höccətül-islam Siddiqi bildirib: “Onlar İraqda da buna oxşar hadisəni törətmişdilər. İsrail və Ərəbistan da bu hücumları dəstəkləyir. Bu məsələ onu göstərir ki, ölkələrin oyanışı və müstəqillik tələblərinin əleyhinə dünya səviyyəli, lənətə gəlmiş bir şəbəkə yaradılıb. Onların dilində olan “terrorla mübarizə” ifadələri yalandır, çünki özləri terrorun mənbəyidirlər.”

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031