Dünyanın ilk baş köçürülməsi əməliyyatının vaxtı müəyyən olundu
Mьəllif: admin1
Tarix: 23-09-2016, 20:52
Bцlmə: Xəbərlər
Dünyanın ilk baş köçürülməsi əməliyyatının vaxtı müəyyən olundu
Frankeşteyn əməliyyatı kimi tanınan və tibb dünyasının böyük reaksiyasına səbəb olan baş köçürülməsi əməliyyatının keçiriləcəyi vaxt açıqlanıb.


Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, baş köçürülməsi əməliyyatı gələn il italiyalı cərrah Sergio Kanavero tərəfindən irsi bir əzələ xəstəliyi səbəbilə əlil arabasına möhtac olan rusiyalı Valeriy Spiridonovun üzərində aparılacaq.


Dünyada ilk baş köçürülməsi ediləcək insan olmağa hazırlaşan Valeriy Spiridonov, bu çətin və riskli əməliyyatı ölmədən əvvəl sağlam bədəndə yaşamaq istədiyinə görə qəbul edib.


Əməliyyatın ən azı 100 nəfərlik bir qrupla Çin, yaxud ABŞ-da keçirilməsi və bir gün ərzində başa çatdırılması planlaşdırılır. Doktor cərrah Sergio Kanavero əməliyyatın 90% uğurlu olacağını iddia edir.


Bəs ilk baş köçürülməsi əməliyyatı necə ediləcək?


İlkin olaraq yeni ölən bir insandan götürülən kəllə və köçürüləcək xəstənin bədəni beyin hüceyrələrinin ölməməsi üçün soyudulacaq. Daha sonra donor və qəbul edicinin boyunları qismən kəsiləcək. Sonra ölən insanın onurğa beyni diqqətli bir şəkildə kəsilərək, qəbul edən xəstənin bədəninə yerləşdiriləcək. Daha sonra polietilenqlikol maddəsi istifadə olunaraq, onurğa beynin orqanizmə tam oturması üçün təmin olunacaq. Son mərhələdə isə bütün damarlar və sinirlər orqanizmə bağlanacaq.


Daha sonra xəstə, bir neçə həftə ərzində komada saxlanılacaq. Bu vaxt onurğa orqanizmə yaxşıca yerləşəcək.



Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031