Dağ kəkotusunun orqanizmə faydaları
Mьəllif: admin1
Tarix: 9-06-2016, 22:34
Dağ kəkotusunun orqanizmə faydaları
Dağ kəkotusu sağlam həyat arzulayanların yeni tapıntısıdır. Xalq təbabətində geniş şəkildə istifadə edilən bu bitki xəstəliklərdən qorunmaq üçün də ən çox istifadə edilən vasitələrdəndir.

Dağ kəkotusu, əslində, adi kəklikotu ilə eyni xüsusiyyətlərə malikdir. Amma ondan daha güclü təsir göstərir. İmmuniteti gücləndirir, soyuqdəyməyə yaxşı təsir edir. Qripin qarşısını alır. Dağkəkotusu spazmlara yaxşı təsir edir. Baş ağrısı, bağırsaq spazmı zamanı dağ kəkotusundan istifadə edə bilərsiniz. Bu bitki həm də güclü antiseptik və antibakterial təsirə malikdir. Buna görə də, kəkotu dəmləməsindən ağız boşluğu iltihabları üçün qarqara vasitəsi kimi istifadə edilir. Dağ kəkotusu bəlğəmgətiricidir. Öskürək, bronxit zamanı xəstənin vəziyyətini yaxşılaşdırır.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031