Fələstinli əsirlərdən böyük müvəffəqiyyət
Mьəllif: admin1
Tarix: 22-09-2016, 21:40
Bцlmə: Xəbərlər
Fələstinli əsirlərdən böyük müvəffəqiyyət
Fələstinli əsirlərin tələbinin qəbul olunması bütün əsirlər üçün böyük müvəfəqiyyətdir. FaktXəbər-in «Əl-Yovm»a istinadla verdiyi məlumata görə, bu barədə Fələstin İslami Cihad Hərəkatı rəhbərlərindən Şeyx Xızr Adnan bəyan edib.

Təqribən 3 aydır ki, aclıq aksiyası keçirən əsir qardaşlar Məhəmməd əl-Bülbül və Mahmud əl-Bülbül ilə əsir Əl-Kadi, inzibati həbsə qarşı başladıqları mübarizədə qalib gəlib.

Əsirlər heyətinin bununla bağlı yaydığı bəyanatda bildirilir ki, inzibati həbs cəzalarının yenidən uzadılmaması qarşılığında əsirlər aclıq aksiyasını dayandırıb. Fələstin İA müxbirləri yerli mənbələrə istinadla bildiriblər ki, anlaşmaya əsasən əsir Malik əl-Kadi inzibati həbslərinin bitməsi ilə əlaqədar sabah buraxılacaq. Əsir qardaşlar Məhəmməd əl-Bülbül və Mamud əl-Bülbül isə 2016-cı ilin dekabrın 8-də azad ediləcəklər.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930