Kosmosda Quran oxundu
Mьəllif: admin1
Tarix: 20-09-2016, 22:28
Bцlmə: Xəbərlər
Kosmosda Quran oxundu
Ərəb dünyasının ikinci kosmonavtı olan Məhəmməd Əhməd Faris kosmosda fiziki şəraitin çox ağır olmasına baxmayaraq, Qurani-Kərimi oxuya bildiyini deyib.

Deyerler.org İQNA-ya istinadən xəbər verir ki, Suriyanın yeganə, Ərəb dünyasının isə ikinci kosmonavtı olan Məhəmməd Əhməd Faris 7 gün 23 saat 8 dəqiqə kosmosda qaldığı təcrübələri barədə Akit-ə müsahibəsində belə danışıb: "Məhdud bir müddətdə, bütün çətinliklərə baxmayaraq, sevindiyim və həyəcanlandığım bir hadisə idi. İbadətimizi qəlbimizlə, gözümüzlə edirdik. Fiziki şərait çox ağır olsa da, Qurani-Kərimi çox şükür oxuya bildim".
Niyə kosmonavt oldunuz?

Bu şans sənə verilsəydi, istəməzdinmi? Nəticədə bu bir xəyaldır. Tarixi bir fürsət idi və hər bir insan kosmonavt olub başqa aləmdə yaşamağı, başqa aləmləri kəşf etməyi istəyir.
Kosmosa getmək üçün necə seçildiniz?

Bu ağır vəzifə üçün bir çox namizəd pilot var idi. Edilən müraciətlərin arasından məni seçdilər. 1987-ci ildə kosmosa raket göndərən ABŞ və Rusiya idi. Mən Rusiya ilə uçdum, daha sonra Moskvada 2 il ərzində təhsil aldım.
Kosmosda qaldığınız prosesdə nələr hiss etdiniz? İbadətlərinizi necə edirdiniz?
İbadətimizi qəlbimizlə, gözümüzlə edirdik. Çünki kosmosda cazibə olmadığı üçün namaz qılmırsan. Fiziki şərtlər çox ağır da olsa, Quranı oxudum.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031