Ayətullah Xamenei dağ gəzintisi zamanı qucağında itlə gəzən qızla rastlaşdı və görün nə baş verdi (Video)
Mьəllif: admin1
Tarix: 16-09-2016, 22:41
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei dağ gəzintisi zamanı qucağında itlə gəzən qızla rastlaşdı və görün nə baş verdi (Video)
SizinYol xarici mətbuata istinadən məlumat verir ki, İran saytlarında ali lider Ayətullah Xameneinin dağ gəzintisi zamanı baş verən maraqlı əhvalat haqda xəbər yayılıb.

Məlumatda bildirilir ki, bu xatirəni Ayətullah Xameneinin dəftərxanasının məsul şəxslərindən olan Seyid Məzahir Hüseyni danışıb.

O deyir: Dağ gəzintisi zamanı qucağına it götürüb gəzən bir qızla rastlaşdıq. Ayətullah Xameneinin yerinə bizlərdən hansısa biri olsaydı, qıza deyəcəkdik ki, bu it nəcisdir və… Lakin Ayətullah Xamenei üzünü qıza tərəf çevirib dedi: “İtini çox istəyirsən?.. Adı nədir?… Onu şəriətə uyğun saxlamağın qaydalarını bilirsən?..” Daha sonra qıza bu barədə bir neçə şəriət qaydası dedi və geniş məlumat əldə etməsi üçün hansı kitaba müraciət etməli olduğunu da dedi.

Ayətullah Xameneinin belə xöş münasibətindən qızın gözləri yaşla doldu. O ağaya dedi: Mən sizi gördüyümü necə deyə bilərəm?

Ayətullah Xamenei çiynindəki şərifi çıxarıb xanıma verdi.
Bu hadisədən iki gün sonra həmin qız dəftərxanaya zəng vurub dedi ki, ağaya deyin ona hörmətimiz çoxdur.

Ayətullah Xameneinin dağ gəzintilərindən biri:



Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031